Əli ƏLİYEV: “Milli Şura”da təmsil olunan bir sıra partiyalar ayrılıqda seçkilərə qatıla bilərlər

 

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, “Milli Şura”da təmsil olunan bir sıra partiyalar ayrılıqda seçkilərə qatıla bilərlər.

VİP sədri Əli Əliyev “Trend”ə bildirib ki, ən azı namizədliklərini qüvvədə saxlamağa cəhd edən partiyalar seçkilərə qatılmaq perspektivlərini özlərində saxlayırlar: “Milli Şura”nın vahid namizədinin qeydə alınması perspektivi zaman etibarı ilə əridikcə orada daxili ixtilaflar intensivləşir. Mənə elə gəlir ki, vəziyyətdən asılı olaraq “Milli Şura” daxilində münasibətlər daha da gərginləşəcək”.

Ə.Əliyev qeyd edib ki, “Milli Şura”nın vahid namizədinin qeydə alınması ilə bağlı problem yaranarsa, ola bilər ki, seçki ərəfəsində qeydəalınma mərhələsində artıq “Milli Şura” indiki tərkibdə mövcud olmasın: “Mənə elə gəlir ki, “Milli Şura” seçkilərə ya Rüstəm İbrahimbəyovla gedəcək, ya da heç getməyəcək”.

VİP sədrinin fikrincə, bu halda bir sıra partiyalar seçkilərdə iştirak qərarını qəbul edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında