Yekaterina QUBKOVA: Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm

 

Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. Adətən mən xarici səfərlərdə özümü qərib sayıram və çox tez bir zamanda geri qayıtmaq istəyirəm. Qəbələ isə mənə çox fərqli təsir bağışladı.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin üzvü Yekaterina Qubkova AzərTAc-a müsahibəsində demişdir.

Qəbələnin gözəlliyinin, dağların, meşənin qoynunda konsert verməyin hər bir musiqiçini daha da ruhlandırdığını bildirən Yekaterina Qubkova Azərbaycana çoxdan gəlmək arzusunda olduğunu diqqətə çatdırmışdır.

Qeyd etmişdir ki, festivalın hələ çox gənc olmasına baxmayaraq, burada tamaşaçı auditoriyası çox tələbkardır. Hesab edirəm ki, tamaşaçılar ifamızdan razı qaldılar. Bu, çox vacibdir. Belə gözəl, təbiətin qoynunda təşkil edilən möhtəşəm festivala görə Heydər Əliyev Fonduna təşəkkür edirəm.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında