Mətbuat xalqın mənafeyini hər şeydən uca tutmalıdır

Ölkə Prezidenti İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamları ilə kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı ayrılmış, mətbuat işçilərinin bir qrupu mükafatlandırılmışdır. Fəxri adlara layiq görülmüş şəxslər arasında "Ülfət" qəzetinin redaktoru Bəyəli Rzayev və "İki sahil" qəzeti redaktorunun birinci müavini İsmayıl Hacıyev də var. Onların fikirləri ilə oxucuları tanış edirik:
Bəyəli RZAYEV, əməkdar mədəniyyət işçisi: - Ölkəmiz müstəqillik qazandıqdan, xüsusən ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra söz azadlığına geniş yer verilib, kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət yetirilib. Dövlətin qayğısı sayəsində bu sahədə bir sıra mühüm işlər görülüb.
Ümummilli liderimizin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.
Mətbuata dəstək siyasəti bu gün də Azərbaycanda uğurla həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Mətbuatın sərbəst fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılır. Jurnalist hüquqları etibarlı surətdə qorunur. KİV-ə maddi yardım ayrılır, mətbuat işçiləri mükafatlandırılır. Bütün bunlar möhtərəm dövlət başçımızın milli mətbuatın 135 illiyi ilə əlaqədar imzaladığı sərəncamlarda öz bariz ifadəsini tapmışdır...
...Ölkə Prezidenti İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə mənə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilməsi hədsiz sevincimə səbəb olmuş, müstəqil dövlətçiliyimiz naminə gələcək fəaliyyətimdə məsuliyyət hissini daha da artırmışdır.
İsmayıl HACIYEV: - Bu gün mətbuat cəmiyyətin ayrılmaz atributuna çevrilib. Demokratiyanın, insan hüquqlarının qorunması uğrunda daim mübarizə aparan, ictimai rəyin formalaşmasına fəal kömək edən demokratik mətbuat bütün proseslərin önündə gedir, cəmiyyətin inkişafına xidmət edir.
Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Milli mətbuatın problemlərinin həllinə həmişə diqqətlə yanaşılır. Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətləri inkişaf etdirilir.
Ölkəmizdə KİV sahəsində dövlət siyasəti xalqın maariflənməsində, ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda KİV-in qüdrətli vasitəyə çevrilməsinə, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etməyə yönəldilmişdir. Təbii ki, mətbuat da xalqın mənafeyini hər şeydən üstün tutmalı, dövlətçilik mövqeyini ön plana çəkməlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuat işçilərinə fəxri adların verilməsi haqqında, habelə KİV-lə bağlı digər sərəncamları da məhz bu siyasətin reallaşdırılmasına yönəldilmişdir.{nl}

Hazırladı: Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında