MDB-nin icraçı katibi Sergey Lebedevin APA-ya müsahibəsi
– Azərbaycanla MDB arasında əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?
– Azərbaycan təşkilatın tam hüquqlu üzvüdür. Ona görə düşünürəm ki, Azərbaycanın Birliyə daxil olan və eyni hüquqlara malik olan ölkələr arasındakı yeri barədə danışmaq daha düzgün olardı. Burada isə sizin ölkənin yeri heç də ikinci dərəcəli deyil. Azərbaycanın gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsində aktiv rolu göz qabağındadır. Bu yaxınlarda Azərbaycan MDB mənşəli malların hansı ölkədə istehsal olunması qaydalarına dair normativ sənədi imzalayıb. Bu ilin iyununda Ukraynanın Xerson şəhərində baş tutan MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının növbəti iclasında Azərbaycanın 2013-2014-cü illər üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə vitse-prezident postuna namizədliyi şura üzvləri tərəfindən dəstəklənib.
Ötən il isə MDB ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Koordinasiya Şurasının sədri vəzifəsinə Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov seçilib.
Qonaqpərvər Azərbaycan torpağında da tez-tez MDB çərçivəsində mühüm tədbirlər keçirilir. Bu yaxınlarda burada Tikinti sahəsində Əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın, MDB İcraiyyə Komitəsi yanında mühasibat uçotu üzrə Koordinasiya Şurasının, rabitə sahəsində regional əməkdaşlığa dair Administrasiya Rəhbərləri Şurasının və İnformatizasiya üzrə MDB Ölkələri Koordinasiya Şurasının, atom enerjisinin sülh məqsədləri üçün istifadəsi üzrə MDB ölkələrinin komissiyanın iclasları keçirilib. Keçən ilin noyabrında isə Azərbaycan paytaxtında MDB Maliyyə-Bank Şurası və Azərbaycan Milli Bankının təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə illik və sayca beşinci olan Bakı Beynəlxalq Bank Konfransı təşkil olunmuşdur. Bu hələ tam siyahı deyil.
Azərbaycan MDB ölkələrinin mədəni əməkdaşlığı sahəsində də nəzərəçarpacaq rol oynayır. Ölkənin təmsilçiləri hər il üç nominasiyada: elm və təhsil, mədəniyyət və incəsənət, MDB iştirakçıları arasında humanitar əməkdaşlığa töhfə verilməsi və dünya standartlarına cavab verən nailiyyətləri nəzərdə tutan humanitar fəaliyyətə görə MDB-nin “Birlik Ulduzu” mükafatına layiq görülürlər. İyulun 24-də Azərbaycanın Qəbələ şəhərində beynəlxalq musiqili festival açılıb və orada Azərbaycandan, MDB ölkələri də daxil olmaqla xarici ölkələri təmsil edən məşhur musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Düşünürəm ki, festivalın keçirilmə məkanı heç də təsadüfən seçilməyib, çünki bu il Azərbaycanın Qəbələ, Belarusun Mogilyov və Ermənistanın Gümrü şəhərləri MDB-nin mədəniyyət paytaxtları seçilib. Təbii ki, Azərbaycanın MDB ölkələri ilə əməkdaşlıq potensialı yüksəkdir. Məsələn, Azərbaycan 2011-ci ildə MDB hökumət rəhbərləri tərəfindən imzalanan və ötən il qüvvəyə minən Azad Ticarət Zonası sazişində hələlik iştirak etmir. Bu arada bir çox iqtisadçılar, eyni zamanda, azərbaycanlı iqtisadçılar düşünürlər ki, ölkənin MDB bazarında öz iştirakını genişləndirməsi iqtisadi cəhətdən məqsədəuyğun olardı. Onların fikrincə, bu, Azərbaycanın aqrar məhsullarının və digər ixrac xarakterli malların MDB ölkələrində reallaşdırılması imkanlarını artıracaq.
– Azərbaycan təşkilatda çox da fəallıq göstərmir və MDB-nin bir sıra təşkilatlarında iştirak etmir. Sizcə, Azərbaycan vaxt keçdikcə MDB-yə marağını tamamilə itirə bilər?
– Yəqin bilirsiniz ki, MDB-nin əsas prinsiplərindən biri Birliyə daxil olan dövlətlərin qəbul olunan bütün qərarlarda tam və mütləq iştirakının nəzərdə tutulmamasından ibarətdir. Bu, üzv dövlətlərə öz aralarında əməkdaşlığın çevik siyasətini müəyyən etməyə və bütövlükdə Birlik daxilində inteqrasiya proseslərini harmonik şəkildə inkişaf etdirməyə imkan verir. Hər ölkə öz siyasi, iqtisadi və digər prioritetlərini nəzərə alaraq, Birliyin bu və ya digər orqanlarda və proqramlarda iştirak səviyyəsini tam sərbəst şəkildə müəyyənləşdirir.
Mənim üçün tam aydındır ki, inteqrasiya və MDB ölkələrinin səylərinin birləşdirilməsi müəyyən edilmiş tapşırıqları yüksək effektivliyi ilə yerinə yetirməyə imkan verir. Amma yenə də təkrar edirəm, hər bir ölkə ümumi işə tam sərbəst şəkildə öz töhfə vermək səviyyəsini müəyyən edir.
Yeri gəlmişkən, Azərbaycan İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası, Hökumət Rəhbərləri Şurası, Dövlət Başçıları Şurası kimi MDB-nin əməkdaşlıq və nizamnamə orqanlarında nəzərəçarpacaq fəaliyyət göstərir. Yuxarıda qeyd olunan mütəmadi iclaslar zamanı bizim əməkdaşlıq sahələrimizin aktual məsələlərinin geniş spektri üzrə müzakirələr gedir. Fürsətdən istifadə edib, xatırlatmaq istəyirəm ki, bu ilin payızında Minskdə xarici işlər nazirləri görüşəcəklər, sonra isə Birliyin dövlət başçıları bir araya gələcəklər. Bu sammitlərin gündəlikləri bütün maraqlı tərəflərin mənafeyinə uyğun olaraq tərtib olunur. Bu il MDB-də sədrlik edən Belarusun qonaqpərvər paytaxtı Birliyə üzv olan bütün ölkələrin, o cümlədən Azərbaycanın yüksək vəzifəli rəhbərlərinin gəlişinə hazırlaşır. O ki qaldı sizin dediyiniz Azərbaycanın MDB-yə marağını itirməsi məsələsinə, buna səbəb görmürəm. Əksinə, dünya inkişafının müasir tendensiyaları dövlətlərin regional əlaqələrin genişləndirməsində və möhkəmləndirməsinə tələbatını nəzərdə tutur. MDB isə coğrafi cəhətdən yaxın dövlətləri birləşdirərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq məsələlərini beynəlxalq hüquq vasitələri ilə nəzərdən keçirtmək və həll etmək üçün rahat siyasi platforma rolunda çıxış edir.
– MDB öz qarşısına üzv ölkələrdə həyat səviyyəsinin qaldırılması, MDB-dən olan miqrantların şəraitinin yaxşılaşdırılması kimi vəzifələr qoyub. Eyni zamanda, Rusiyada miqrantlar üçün viza rejiminin tətbiq edilməsinin zərurəti ilə bağlı çıxışlar səslənir. Bu planlar Birliyin məqsəd və vəzifələrinə zidd deyil ki?
– Siz haqlısınız, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti ümumi məqsədlər və hər ölkənin milli maraqları nəzərə alınmaqla qurulur və vətəndaşların rifahının və sosial firavanlığının yaxşılaşdırılmasına yönəlib. Əgər tarixə nəzər salsaq, onda görərik ki, Müstəqil Dövlətlər Birliyinin adı ənənəvi humanitar, iqtisadi və digər əlaqələrin yeni tarixi şəraitdə, postsovet məkanında yeni müstəqil dövlətlərin yaranması şəraitində qorunması zərurəti ilə bağlıdır. MDB-nin yaranması ilk dövrlərdə sosial və iqtisadi kollapsın qarşısını almağa, təqaüdlərin və müavinətlərin verilməsində dövlət mexanizmlərinin normal funksionallığını təmin etməyə, nəqliyyatın və rabitənin işini davam etdirməyə, vətəndaşların sərbəst gedib-gəlməyinin təmin olunmasına kömək etdi.
Qısa zaman ərzində MDB çoxtərəfli dialoqun və qarşılıqlı fəaliyyətinin aktiv alətinə çevrilib. Bu da bərabər hüquq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inteqrasiyanın effektiv formaları və mexanizmlərini müəyyən etməyə kömək edir.
Amma bu heç də o demək deyil ki, bütün problemlər həll olunur. Bunlardan biri də sizin qeyd etdiyiniz kimi - əmək mühacirləridir. Bu, çox çətin problemdir. Məsələ ilə bağlı birmənalı, qənaətbəxş qərar hələlik tapılmayıb. Yeri gəlmişkən, dünya təcrübəsi bu sahədə ideal bir çıxış yolu da təqdim etmir. Düşünmürəm ki, biz də bu müsahibədə məsələnin yeganə və düzgün həllini tapa bilərik. Qeyd etmək istəyirəm ki, kompleks problemi elə kompleks şəkildə, həm mühacirləri qəbul edən dövlətlərin, həm də onların tərk etdiyi ölkələrin birgə səyləri ilə həll etmək lazımdır. Başqa sözlə, məsələnin sivil şəkildə həlli üçün siyasi, iqtisadi, sosial və inzibati tədbirlərin birləşdirilməsi lazımdır. Bax bu, ümumi effektiv kompleks həllin axtarılmasında platforma rolunu MDB oynaya bilər və oynayır da.
– Sizcə, Azərbaycanın digər MDB ölkələri ilə əməkdaşlığının inkişaf prioritetləri hansıdır? Tərəflər hansı sahələrdə birgə əlaqələri inkişaf etdirməlidir?
– Bilirsiniz, bu suala əsaslı cavab vermək üçün bir neçə kağız vərəqi tələb olunardı. Çünki Birlik daxilində əməkdaşlığın istiqamətləri və formaları çoxtərəfli və müxtəlifdir. Buraya həm siyasət, həm iqtisadiyyat, həm də humanitar sahə aiddir. Ona görə də lakonik cavab verməyə çalışacağam.
Siyasi sahədə prioritetlərdən danışanda buraya hərtərəfli təhlükəsizliyin və stabilliyin gücləndirilməsi, münaqişəli vəziyyətlərin qarşısının alınması və həlli daxildir. Burada preventiv diplomatiyanın vasitələri və etibarın gücləndirilməsi kimi tədbirlər vacib rol oynayır.
İqtisadiyyat sahəsində danışanda buraya sosial-iqtisadi və digər məsələlərin kompleks şəkildə həlli çərçivəsində iqtisadi əməkdaşlığın potensialının reallaşdırılması üzrə işi aid etmək olar. Bu sahədə əlaqələrin inkişaf etdirilməsində perspektivli istiqamətlər sırasına beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı, enerji və elmi-texniki tərəfdaşlığın möhkəmləndirməsi və təkmilləşdirməsi, ixrac imkanlarının artırılması və sərmayə fəaliyyətin stimullaşmasını da əlavə etmək olar.
Prioritet olan məsələlər sırasına mədəniyyət və təhsil, vətəndaşların sosial hüquqlarının və azadlıqların reallaşdırılması sahələrində əməkdaşlığın möhkəmləndirməsi və genişləndirməsini də əlavə etmək lazımdır. Bu, MDB-nin tam inkişafını təmin edən əsas məsələlərdən biridir.
Amma daha bir vacib istiqamət mövcuddur. Bu da mütəşəkkil cinayətkarlıqla, terrorizmlə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və s. ilə birgə mübarizədir. Ona görə də əməkdaşlığın bu cür vacib istiqamətində hərəkətlərin əlaqəli şəkildə planlaşdırılması və səylərin birləşdirilməsi vacibdir.
Təbiidir ki, hər ölkə yuxarıda qeyd olunan istiqamətlər üzrə öz iştirak səviyyəsini müəyyənləşdirir.
– Birliyin əsas problemləri nədir? Üzv ölkələr hansı məsələlər üzrə daha fəal işləməlidir?
– Əvvəlki suala cavab verəndə, mən MDB çərçivəsində əməkdaşlığın əsas strateji istiqamətlərini açıqladım. Bu istiqamətlərin detalları bizim işimizdə istifadə etdiyimiz konseptual sənədlərdə öz əksini tapıb. Bu, MDB-nin gələcək inkişaf Konsepsiyası, 2020-ci ilə qədər dövrü əhatə edəcək MDB-nin iqtisadi inkişaf strategiyası, 2020-ci ilə qədər dövrü əhatə edəcək MDB-yə üzv ölkələrin innovasiyalı əməkdaşlığına dair dövlətlərarası proqramdır. Bunlar kifayət qədər həcmli və ətraflı sənədlərdir. Hər bir şəxs MDB-nin rəsmi internet resursuna daxil olaraq, o sənədlərlə tanış ola bilər.
Qeyd olunan sənədlərdə müəyyən olunmuş hədəflərə çatmaq istiqamətində birgə addımların oriyentirləri müəyyən edilib. Bundan əlavə, həmin sənədlərdə inteqrasiyanın dərinləşməsi, iqtisadi və milli qanunvericilik sistemlərin yaxınlaşdırılması və ahəngləşdirilməsi, vətəndaşların hüquqlarının və maraqlarının qorunması, MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleya tərəfindən tərtib olunan model qanunların və onların üzv ölkələrin qanunvericiliyində həyata keçirilməsi istiqamətində işin aktivləşdirməsi kimi məsələləri nəzərdə tutan MDB-yə üzv ölkələrin parlamentlərarası əməkdaşlığı da daxildir.
MDB çərçivəsində əməkdaşlığın əsas hissəsini sosial və demoqrafik siyasətdə, fövqəladə halların qarşısının alınması və təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılması sahəsində birgə əməkdaşlıq təşkil edir. Sənədlərdə əsas diqqət Birlik dövlətlərinin, sərhədyanı bölgələrin iqtisadi, sosial və mədəni sahələrdə çoxtərəfli əməkdaşlığının, dostluq və qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlib. Birliyin fəaliyyətinin əsas istiqamətləri və əməkdaşlıq məsələləri üzrə KİV-lərin, akademik dairələrin, incəsənət xadimlərinin, ziyalıların, biznes qurumlarının, yerli idarəetmə orqanları nümayəndələrinin və vətəndaşların mütəmadi forumlarının keçirilməsi çox vacibdir.
Gələcək on il üçün nəzərdə tutulan uzunmüddətli tapşırıqlara strategiya deyilir. Lakin, eyni zamanda taktika, yəni MDB-yə sədrlik edən ölkənin hər il öz qarşısında qoyduğu hədəflər də var. Xatırladım ki, ötən il quruma Türkmənistan sədrlik edirdi, bu il isə Belarus. Gələn il estafeti Ukrayna təhvil alacaq.
Beləliklə, Belarus Respublikasının 2013-cü il üçün MDB-yə sədrlik konsepsiyasında Birliyə daxil olan digər ölkələr tərəfindən dəstək almış hədəflər yer alıb: “İnsan naminə inteqrasiya: qonşuluq hissinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı, “yaşıl” texnologiyalara yiyələnmənin asanlaşdırılması, mədəniyyətlərin dialoqunun genişləndirilməsi”. Konsepsiya da bu məsələləri ehtiva edir. Konsepsiya və Belarusun MDB-də sədrliyi ilə bağlı digər sənədlərlə MDB İcraiyyə Komitəsinin internet resurslarında tanış olmaq mümkündür. İqtisadi əməkdaşlıq sahəsində bu il üçün müəyyən edilmiş bəzi tapşırıqları misal çəkəcəyəm. Bu, Birlik çərçivəsində qarşılıqlı fayda verən ticarət-iqtisadi əməkdaşlığın əsası kimi azad ticarət zonasının möhkəmləndirilməsi və inkişafı, azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanması və ilk növbədə nəqliyyat, energetika, kənd təsərrüfatı, telekommunikasiya, kosmos, nano və biotexnologiyalar sahələrində istehlak kooperasiyasının inkişafıdır.
Söhbətimizi yekunlaşdıraraq, regional və regionlararası əlaqələrin formalaşdırılmasında, quruma üzv 11 ölkənin xalqlarının rifahının artırılmasına yönələn və müasir dövrün tələblərinə cavab verən əməkdaşlığın effektiv mexanizminin müəyyən edilməsində Birliyin rolunu xüsusi vurğulamaq istərdim.
g=E�} tPw1x�6ansi-language:EN-US'>başa çatmaq üzrədir.
MSK sədri diqqətə çatdırmışdır ki, bundan əvvəlki seçkilərdə olduğu kimi, bu il də gözdən əlil seçicilər üçün səsvermə şəraiti təmin olunacaqdır. Bununla da Azərbaycanda səsvermə hüququ olan heç bir vətəndaş səsvermədən kənarda qalmayacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.