Q.Məmmədov: Azərbaycan geoməkan məlumatlarının toplanması sahəsində beynəlxalq səviyyədə inkişaf etmişdir

 

Azərbaycan geoməkan məlumatlarının toplanması sahəsində beynəlxalq səviyyədə inkişaf etmişdir.

Bu sözləri Böyük Britaniyanın Kembric şəhərində keçirilən ənənəvi Kembric konfransında iştirak edən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov AzərTAc-a müsahibəsində demişdir.

Konfrans haqqında ətraflı məlumat verən Q.Məmmədov bu beynəlxalq tədbirdə kartoqrafiyanın əhəmiyyəti, perspektivi, informasiyanın coğrafi məkana bağlanması, BMT-nin geoməkan məlumatlarının idarə olunması  və digər bir çox məsələlərin geniş müzakirə olunacağını bildirmişdir.

Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin 1996-cı ildə başladığı aqrar islahatlar ölkəmizdə geoməkan məlumatlarının idarə olunmasının inkişafına böyük təkan vermişdir. Azərbaycanda  islahatdan əvvəl yalnız bir mülkiyyət forması mövcud idi. İslahatlar nəticəsində ölkəmizdə üç mülkiyyət forması yarandı. Bunlar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqlardır. Ölkənin torpaqlarının 56,9 faizini dövlət torpaqları, yəni su fondları, mühafizədə olan torpaqlar və s. təşkil edir. Torpaqların 23,5 faizi bələdiyyələrin sərəncamında,  19,6 faizi isə xüsusi mülkiyyətdədir. Mülkiyyət formalarının idarə olunması bütün dünyada böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu məsələ də  öz əksini tapmışdır.

Qərib Məmmədov daha sonra demişdir: “Kembric konfransı bir daha təsdiq edir ki, bu məsələ bütün dünya üçün  aktualdır.  Bu gün Azərbaycan geoməkan məlumatlarının toplanması, xəritələşdirilməsi və analiz edilməsi sahəsində beynəlxalq səviyyədə inkişaf etmişdir və ölkəmizdə bu işdə  ən müasir avadanlıqlardan istifadə olunur.

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

Kembric


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında