Azərbaycanın NATO-dakı səfiri: Avroatlantik Birlik Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini fəallaşdırmalıdır

 

Əgər münaqişə yenidən hərbi xarakter alarsa, bütün regional infrastruktur hücum təhlükəsi altında qalacaq və bu, təkcə nəinki bölgədə, həm də bu bölgədən kənarda ciddi böhrana səbəb olacaq”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Xəzər İbrahim deyib. O, bildirib ki, Azərbaycan və Gürcüstanın enerji infrastrukturuna təhlükə yaranması enerji ehtiyatlarının Qərbə nəqlinin müvəqqəti dayanmasına gətirib çıxara bilər, bu isə Avropada neft və qazın qiymətinin yüksəlməsinə və müvafiq olaraq ciddi böhrana gətirib səbəb ola bilər: “Avroatlantik Birlik Azərbaycanla təhlükəsizliyin təminatı sahəsində ciddi əməkdaşlıq etməli və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməlidir”.

 Diplomat regionda terror təhlükəsinin mövcudluğuna da diqqət çəkərək heç bir ölkənin bu təhlükədən sığortalanmadığını söyləyib. O, nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təminatına da diqqət yönəldib: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Pekini Londonla birləşdirməyə çalışacaq. Bu dəmir yolunun regiondakı digər dəmir yolları ilə bərabər istifadəsi mahiyyət etibarilə Böyük İpək yolunun dirçəldilməsi mənasına gəlir. Dağlıq Qarabağ münaqişəsinin alovlanması bu istiqamətdə də əlavə maneələr yarada bilər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında