Mehmet TOPRAK: Bakı konfransı əlaqələrimizin genişlənməsinə təkan verəcəkdir

 

Bu fikri  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyinə həsr olunmuş “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçısı, Türkiyə Böyük Millət Məclisi kitabxana və arxiv xidmətinin rəhbəri Mehmet Toprak müsahibəsində söyləmişdir. 

 Konfransın əhəmiyyətindən danışan Mehmet Toprak bildirmişdir ki, bu tədbir  Prezident Kitabxanasını və onun əməkdaşlarını, dünyanın müxtəlif ölkələrindən gəlmiş həmkarlarımı yaxından tanımağıma fürsət yaratmışdır. Bundan sonra əlaqələrimizin davam etməsini, birgə layihələr həyata keçirməyimizi çox istərdim.

Türkiyəli qonaq demişdir ki, sənəd-informasiya təminatı sahəsində iş təcrübələrinin mübadiləsi baxımından da konfransın böyük əhəmiyyəti vardır. 1997-ci ildən Azərbaycanın Parlament Kitabxanası ilə sıx əlaqə saxlayırıq. Konfrans zamanı isə Prezident Kitabxanası ilə əlaqələr yaratdıq və bundan çox şad oldum.

Əməkdaşlığımızın uzunmüddətli və faydalı olması üçün əlimizdən gələni edəcəyik. Prezident Kitabxananın olduqca zəngin fondu vardır. İki ölkənin kitabxanaları arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümid edirəm. İnanıram ki, konfrans bu istiqamətdə fəaliyyətimizə təkan verəcəkdir.

Azərbaycana ilk dəfə gəldiyini bildirən Mehmet Toprak demişdir: “Bakı qeyri-adi dərəcədə gözəl bir şəhərdir və mən deyərdim ki, Avropanın bir çox paytaxtlarından daha cazibədardır. Avropanın  çox ölkələrində olmuşam. Gördüklərimə əsasən deyə bilərəm ki, Bakı diqqəti özünə cəlb edən, təxmin etdiyimdən daha cazibəli bir yerdir.

İnanıram ki, Prezident Kitabxanası ilə əməkdaşlıq çərçivəsində bundan sonra Azərbaycana, Bakıya tez-tez gəlmək imkanım olacaqdır. Qardaş xalqlarımız arasında dil birliyi, könül birliyi vardır. Bakıda özümü Anadoludakı kimi hiss edirəm. Anamın danışdığı türk dilini dinləyirəm burada. Qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edirəm”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında