Muhsin YILDIRIM: Belə festivallar insanlar arasında dostluğu, qardaşlığı və ünsiyyəti daha da genişləndirir

 

Biz “İpək Yolu” festivalına Türkiyənin TRT kanalının məşhur “Axşam səfası” proqramını gətirmişik. Bu proqram TRT-də yayımlanan ən gözəl və ən maraqlı proqramlardan biridir. “Axşam səfası” 13 ildir ki, fasiləsiz davam edir.

Bu proqramla iki ay əvvəl Bakıda, Heydər Əliyev Sarayında konsert vermişik. Çox bəyənildiyi üçün kollektivimiz Şəkidə keçirilən musiqi festivalına dəvət olundu və biz bu təklifi məmnuniyyətlə qəbul etdik.

Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV beynəlxalq musiqi festivalının iştirakçısı, TRT kanalının prodüseri və konsertin təşkilatçısı Muhsin Yıldırım jurnalistlərə müsahibəsində bildirmişdir.

Şəkidə çox yaxşı qarşılandıqlarını, şəhərin qədim tarixi abidələrini ziyarət etdiklərini, görməli yerlərini gəzdiklərini bildirən Muhsin Yıldırım demişdir: “Kollektivimizin üzvləri Şəkini çox bəyəndilər. İnsanların isti münasibətinə görə özümüzü evdəki kimi hiss edirik. Festivalın təşkilatçılarını təbrik edirik, çox gözəl festival olmuşdur. İnşallah, uğurla da davam edər. Belə festivallar insanlar arasında dostluğu, qardaşlığı və ünsiyyəti daha da genişləndirir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında