Əli ƏHMƏDOV: Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür

 

YAP sədrinin müavini Əli Əhmədov beynəlxalq təşkilatların son hesabatları və Azərbaycanla sərt tonda danışılmasına çağıran bəyanatlara münasibət bildirmişdir.

APA-nın xəbərinə görə, Ə.Əhmədov demişdir ki, belə bəyanatları səsləndirənlər diplomatik tonun, etiketin nədən ibarət olduğunu unudurlar: “Azərbaycan kifayət qədər güclü dövlətdir və güclü Azərbaycan dövlətinin lideri ilə hansısa tonla danışmaq mümkün deyil. Azərbaycan rəsmiləri bu məsələyə birmənalı münasibət bildiriblər. Azərbaycan Avropa Birliyi və digər beynəlxalq strukturlarla əməkdaşlıq edir və bu tərəfdaşlıq münasibətlərində səmimi olduğunu kifayət qədər sübuta yetirmişdir. Belə olan halda Azərbaycanla hansısa tonda danışmaq yersizdir və mümkün deyil. Hesab edirəm ki, Prezident İlham Əliyevin Avropa Birliyinin rəhbər şəxsləri ilə görüşlərinin nəzərdə tutulduğu səfərlərində bunun bir daha şahidi olacağıq. Avropa və Azərbaycan bir çox məsələlərdə tərəfdaşlıq edir. Hesab edirəm ki, Azərbaycan Avropa üçün böyük dəyər daşıyan dövlətdir. Avropa Birliyi bunu çox gözəl başa düşür. Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür və ölkə lideri də buna imkan verməz”.

Ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycandakı siyasi prosesləri təhrif edən hesabat və bəyanatlarına rəsmi Bakının münasibət bildirdiyini deyən Ə.Əhmədov qeyd etmişdir ki, bunun heç bir əsası yoxdur: “Azərbaycanın siyasi mənzərəsi Azərbaycan vətəndaşlarının gözləri qarşısındadır. Azərbaycanın demokratik inkişafı xalqın iradəsi əsasında həyata keçirilir. Beynəlxalq təşkilatların dəyərləndirmələrində biz dəfələrlə burada subyektiv məqamların, yanaşmaların olduğunu bildirmişik. Nə qədər ki, obyektiv yanaşma olmayacaq, Azərbaycan vətəndaşları subyektiv təhlillər əsasında hazırlanmış hesabatlara öz etirazını və mənfi münasibətini bildirəcəklər”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında