Siyavuş NOVRUZOV: Milli Şuranın heç bir perspektivi yoxdur

 

 

Müxalifətdə olan “bəzi  şəxslərin cəmləşdiyi və bu gün təsis edilən qondarma Milli Şura adı milli olsa da, mahiyyətcə antimilli Şuradır”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov demişdir.

O, qeyd etmişdir ki, Milli Şurada toplaşanlar bütün partiyaları dəyişmiş, gündə bir təşkilatda olan antimilli üzvlərdir: “İstəyir təsis olunsun, istəyir təsis olunmasın - bu Milli Şuranın heç bir perspektivi yoxdur. Onlar gündə bir partiya gəzən adamlardır, bu xalq üçün onların heç bir faydası, perspektivi yoxdur”.

Qeyd edək ki, bu gün müxalifətdə olan bir qrup şəxs Demokratik Qüvvələrin Milli Şurası adlı qurum təsis etmişlər. Adı müxtəlif qalmaqallarda və mənimsəmə faktlarında hallanan kinodramaturq Rüstəm İbrahimbəyov bu qondarma təşkilata sədr seçilmişdir. Bu günə qədər müxalifətin yaratdığı çoxsaylı qurumların heç bir uğur qazanmadığını, cəmiyyətin həyatında heç bir rol oynamadığını nəzərə alsaq, bu qurumun da aqibətinin onlardan fərqlənməyəcəyini, tezliklə yaddaşlardan silinəcəyini söyləmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında