Əli HÜSEYNLİ: “Azərbaycanda xarici ölkə vətəndaşı olan soydaşların üzərindən əcnəbi statusunun götürülməsi mümkün deyil”

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda xarici ölkə vətəndaşı olan soydaşların üzərindən əcnəbi statusunun götürülməsinin planlaşdırılmasına münasibət bildirmişdir.

Komitə sədri APA-ya açıqlamasında demişdir ki, ayrı-ayrı millət vəkillərindən bununla bağlı təkliflər olmuşdur.

 Onun sözlərinə görə, deputatların etdikləri bu təkliflərin qəbul edilməsi mümkün olmamışdır: “Ümumiyyətlə, “əcnəbi” anlayışı vətəndaşlıqla bağlı qanunvericiliyin predmetidir. Yeni hazırlanmış Miqrasiya Məcəlləsində Gürcüstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızla bağlı hansısa xüsusi rejimin yaradılması nəzərə alınmır. Məcəllədə “Azərbaycan Respublikasının vətəndaşı” və “əcnəbi” anlayışlarından istifadə olunur. Bu, hüquqi bir sənəddir və miqrasiya məsələlərini tənzimləyir. Ona görə də bu təklifləri reallaşdırmaq hüquqi baxımdan mümkün deyil”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında