Mübariz ƏHMƏDOĞLU: Rusiya və Azərbaycanın münasibətləri davamlı inkişafdadır

 

Rusiya ilə Azərbaycanın münasibətləri xeyli yaxşılaşdı, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini kəskin şəkildə Azərbaycana tərəf dəyişdi. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu açıqlama vermişdir.

Politoloq qeyd etmişdir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov status-kvonun Rusiya, o cümlədən hamı üçün qəbuledilməz olduğunu bildirmiş, Ermənistandan Azərbaycanın torpaqlarını geri qaytarmağı tələb etmiş və bununla da Ermənistanın blokadadan çıxacağını bildirmiş, bunun Ermənistana və Azərbaycana, həm də Dağlıq Qarabağda yaşayanlara faydalı olacağını qeyd etmişdir.

Əhmədoğlu demişdir ki, KTMT-nin Bişkekdə keçirilən iclasında qəbul edilən sənədlərin birinə Dağlıq Qarabağ tənzimlənməsinə dair maddə salındı: “Həmin maddəyə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, beynəlxalq aləmdə qəbul olunmuş sənədlər, Helsinki Yekun Aktının üç məlum (ardıcıllıq belədir: 1-ci güc tətbiq etməmək; 2-ci ərazi bütövlüyü; 3-cü millətlərin öz müqəddəratlarını təyinetmə prinsipləri) prinsipi əsasında və mümkün qədər sürətlə tənzimlənməlidir”.

Əhmədoğlunun fikrincə, KTMT-nin bu mövqeyi təşkilata üzv olan Ermənistanın deyil, üzv olmayan Azərbaycanın maraqlarına daha çox cavab verir. Ermənistan KTMT-nin üzvüdür və bu qurumda qərarlar konsensusla qəbul olunur.

Politoloq hesab edir ki, bu səbəbdən KTMT sənədində Dağlıq Qarabağ tənzimlənməsinə dair yuxarıdakı məzmunlu maddənin olmasını Rusiyanın aşkar təsiri ilə izah etmək olar: “Rəsmi Moskva ilə rəsmi Bakı arasındakı son təmaslarda Azərbaycanın MDB məkanındakı inteqrativ layihələrə qoşulması mövzusuna qətiyyən toxunulmur. Rəsmi Moskva Azərbaycana silah satışını dayandırmadığını bildirdi. “RosOboronEksport” Azərbaycanla bağlanmış müqavilə öhdəliklərinin razılaşdırılmış qaydada reallaşdırıldığını rəsmi şəkildə bəyan etdi. Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya danışıqları sağlam və konstruktiv keçir”.

Əhmədoğlu vurğulamışdır ki, Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqli müqaviləsi dayandırılsa da, yeni müqavilənin hazırlanması barədə danışıqlar başlamışdır.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistan ərazisindən uçan erməni nazirin helikopterinə atəşin açılması xəbərinə zərrə qədər reaksiya vermədi: “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri ərəfəsində erməni mətbuatı Ermənistan müdafiə nazirinin helikopterinə Azərbaycan tərəfdən atəş açılması barədə məlumat yaymışdı. Ermənistanın  RF ilə Azərbaycanı qarşı-qarşıya qoymaq üşün belə məlumat yaymaqda maraqlı olduğunu unutmuruq”.

Əhmədoğlu onu da əlavə etmişdir ki, Dağıstanın Dərbənd şəhərinin mərkəzi küçələrindən birinə ümummilli lider Heydər Əliyevin adı verildi: “Görünür, Rusiya Azərbaycanla bağlı siyasətində gündəmi dəyişib. Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirən inteqrativ layihələr arxa plana keçib”.

vqeyi təşkilata


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında