Tatyana ŞUMOVA: Venesiya biyennalesində Azərbaycan pavilyonu milli əlamətləri ilə diqqəti cəlb edirdi

 

Rusiyanın əməkdar incəsənət xadimi, Rusiya Mədəniyyət Fondunun vitse-prezidenti, Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru Tatyana Şumova AzərTAc-ın müxbiri ilə söhbətində qeyd etmişdir ki, bu il Venesiya biyennalesində Azərbaycan pavilyonu ən maraqlı pavilyonlardan biri idi. O demişdir: “Venesiyada müasir incəsənət təqdim edilirdi. Biyennaledə konseptual sənət xətti üzrə maraqlı tapıntılarla yanaşı, milli kolorit baxımından yanaşma çox vacib idi. Azərbaycanlı həmkarlarımız buna nail oldular. Azərbaycan pavilyonu milli əlamətləri  ilə diqqəti cəlb edirdi”.

Tatyana Şumova Heydər Əliyev Fondu, Rusiya Mədəniyyət Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Mədəniyyət Fondu və beynəlxalq proqramların müdiriyyəti tərəfindən təşkil edilmiş “Səyyar incəsənət akademiyası” adlı uzunmüddətli innovasiyalı təhsil proqramının bu yaxınlarda Bakıda keçirilmiş beynəlxalq plenerden bəhs edərək demişdir ki, “Səyyar incəsənət akademiyası” Heydər Əliyev Fondu ilə müştərək layihələrdən biridir.

Layihənin Bakıda gerçəkləşmiş birinci mərhələsində Rusiyanın müxtəlif ali məktəblərinin tələbələri 10 gün müddətində Azərbaycan paytaxtında işləmişlər. T.Şumovanın sözlərinə görə, plener proqramı çox maraqlı olmuşdur. Proqramın iştirakçıları Sakit Məmmədovun və Tahir Salahovun rəsm əsərlərinin sərgilərinə tamaşa etmişlər. Onlar üçün İçərişəhərə və Abşeronun maraqlı tarixi komplekslərinə ekskursiya proqramları təşkil edilmişdir. Layihə iştirakçılarının 10 günlük işinin yekunu kimi bədii sərgi təşkil edilmişdir. Bu sərgi mayın 10-da Bakıdakı Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən açılmışdır.

Rusiya Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru demişdir: “Payızda biz Moskvada azərbaycanlı tələbələri gözləyirik. Burada ustad dərsləri, maraqlı ekskursiya proqramı təşkil ediləcək, tələbələr Rusiya Rəssamlıq Akademiyasına gedəcək, məşhur rəssamlarla görüşəcəklər. Bundan əlavə, Moskvaya plenerə gələn gənc Azərbaycan rəssamlarının və Bakıda olmuş Rusiya rəssamlarının sərgisi təşkil ediləcəkdir”.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında