Mübariz Əhmədoğlu: Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəallaşır

 

 

 

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəallaşır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında demişdir.

Əhmədoğlu qeyd etmişdir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdir ki, status-kvo hamı üçün, o cümlədən Rusiya üçün qəbuledilməzdir: “Status-kvonun dəyişilməsi təkcə Azərbaycanın torpaqlarının qaytarılmasına deyil, həm də Ermənistanın blokadadan çıxmasına gətirib çıxaracaqdır. Bu isə Azərbaycanın, Ermənistanın, eləcə də Dağlıq Qarabağda yaşayanların maraqlarına cavab verir”.

Əhmədoğlunun sözlərinə görə, Lavrovun bu bəyanatında bir neçə mühüm məqam vardır: “Rusiya açıq mətnlə Azərbaycanın torpaqlarının geri qaytarılması məsələsini gündəliyə gətirir. Rusiya Ermənistanın blokadadan çıxmasını Azərbaycanla əlaqələndirir. Başqa sözlə, Ermənistanla Rusiya arasındakı əlaqənin Azərbaycan ərazisi vasitəsi ilə bərpası gündəliyə gətirilir. Rusiya subyekt kimi heç bir formada Dağlıq Qarabağın adını hallandırmır. Yalnız Dağlıq Qarabağdakı əhalidən danışır. Bu o deməkdir ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini və onun Ermənistana birləşməsini qəbul etmir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində indiki mövqeyinin dəyişilmə ehtimalı çox azdır. Demək olar ki, mümkün deyil”.

Əhmədoğlu demişdir ki, Rusiya indiki mövqeyə Ermənistanın bu vaxtadək apardığı oyunların mahiyyətini anladıqdan sonra gəlmişdir: “Rusiyanın Ermənistana satacağı qazın qiymətini qaldırması onun Ermənistanla bağlı mövqeyinin dəqiqləşdiyini göstərir. Azərbaycanda Rusiyanın mövqeyindəki bu dəyişiklik çoxdan gözlənilirdi. Bir neçə kiçik anlaşılmazlığı nəzərə almasaq, indiki vəziyyət həm Rusiya, həm də Azərbaycanın xeyrinədir; Dağlıq Qarabağda müharibə alovlanacaqsa, bundan Azərbaycanla yanaşı Rusiya da əziyyət çəkə bilərdi”.

Politoloq vurğulamışdır ki, Ermənistan tarixi olmayan mifik, təbii resurslardan məhrum, Rusiyanın hesabına yaradılmış bir dövlətdir. Ona görə də münaqişəni qızışdırmaq Ermənistana sərf edir: “Ermənistan Rusiyanı cəzalandırmaqdan ötrü Dağlıq Qarabağda münaqişəni alovlandırmaq üçün fürsət axtarır və bu istiqamətdə fəaliyyətini daha da intensivləşdirib. Ermənistanın İranla əlaqələrində son illər bu istiqamət aşkar hiss olunurdu. Eləcə də Qərbin Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmaqla Rusiyanı regiondan qovmaq ehtimalı da heç vaxt azalmayıb. Ermənistanın Rusiyanı indiki mövqeyindən geri çəkmək üçün potensialı yoxdur. Belə vəziyyət bir neçə dəfə təkrarlanıb. İndi Rusiya Qafqazda baş verənlərə kompleks yanaşma ortalığa qoyub”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında