Əli HƏSƏNOV: Qanunla təsbit olunmuş davranış normalarına əməl etmək hamının borcudur

 

 

İstər məmur, istər jurnalist, istər qeyri-hökumət təşkilatının nümayəndəsi, istərsə də  adi vətəndaş olsun, qanunlara əməl etmək hamının borcudur.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında demişdir.

Əli Həsənov bildirmişdir ki, biz məmurları da həmişə media, qeyri-hökumət təşkilatları ilə əlaqələrdə mütləq şəkildə bu normalara əməl etməyə çağırırıq. Eyni zamanda, jurnalistlər də bu normalara əməl etməyə borcludurlar.

Prezident Administrasiyasının şöbə müdiri demişdir: “Əlbəttə, jurnalistlər sözlə işləyirlər. Onların fəaliyyəti daha qabarıq şəkildə özünü göstərdiyinə görə, elə təsəvvür yaranır ki,  bu iradlar yalnız jurnalistlərə tutulur. Əslində belə deyildir. Azərbaycan cəmiyyətində hər bir strukturun, hər bir qurumun, hər bir  şəxsin özünün məsuliyyəti və öhdəliyi vardır. Buna hamı əməl etməlidir”.

Beynəlxalq qurumların da, yerli qeyri-hökumət təşkilatlarının da müxtəlif fərqli istiqamətlər üzrə fəaliyyət göstərdiklərini vurğulayan Əli Həsənov demişdir: “Azərbaycanda bu gün mövcud olan 3500-dək qeyri-hökumət təşkilatından əgər bir neçəsi bu fəaliyyəti təqdir etmirsə və onun əleyhinə çıxırsa, o cümlədən adlarını insan hüquqlarının müdafiəçisi qoyan bəzi  xarici qurumlar bizim qəbul etdiyimiz və milli iradəyə söykənən bu prinsiplərə etirazla yanaşırlarsa, bu da  təbii haldır. Çünki müasir demokratik idarəçilik, demokratik cəmiyyət quruculuğu dövründə bəzən problemə yanaşmalar da, bu və ya digər idarəçilik normaları da fərqli olur. Əsas odur ki, beynəlxalq ictimaiyyət qarşısında götürdüyümüz öhdəlik - söz, fikir, məlumat azadlığının təmin olunması məhdudlaşdırılmasın, jurnalistlərin peşəkarlığı, məsuliyyəti artırılsın, Azərbaycan cəmiyyəti bunun əzabını, əziyyətini çəkməsin. Əlbəttə, bizim tərəfdarlarımız, həmfikirlərimiz  olduğu kimi, opponentlərimiz də vardır. Bu da təbii haldır”. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında