YAP: Radikal müxalifətin əsgər təəssübkeşliyi sabun köpüyündən başqa bir şey deyil

 

 

Radikal müxalifətin əsgər təəssübkeşliyi əslində sabun köpüyündən başqa bir şey deyil. Dağıdıcı müxalifət ölkədə baş verən hər bir hadisəni, insidenti siyasiləşdirməyə, bundan sui-istifadə edərək süni narazılıq yaratmağa, ictimai sabitliyi pozmağa çalışır. Bunu “Trend”ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı mayın 9-da Xaçmaz rayonunun Xudat şəhərində hərbi qulluqçunun işitrakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirmişdir.

Mübariz Qurbanlının fikrincə, radikal müxalifətin fəalları İsmayıllı rayonunda olduğu kimi, Xaçmazda baş vermiş adi insidenti şişirdərək bundan dividend qazanmağa cəhd göstərirlər: “Dünənə kimi əsgər ölümünü bəhanə gətirərək aksiyalar keçirməyə cəhd göstərən dağıdıcı qruplar bu dəfə Sərhəd Qoşunlarının zabitini hədəf götürərək Milli Orduya qarşı əsl düşmən münasibəti ortaya qoydular. Bu hadisə əyani şəkildə təsdiq edir ki, dağıdıcı müxalifət üçün artıq müqəddəs heç bir dəyər qalmayıb. Hər şeyə qara yaxmaq, hər şeyə hücum etmək, orduya, polisə qarşı təbliğat aparmaq, bütövlükdə Azərbaycanın milli maraqlarına zidd hərəkətlərə rəvac vermək, bəzi xarici dairələrdə olan və anti-Azərbaycan mövqeyində dayanan qruplarla əməkdaşlıq etmək kimi hadisələr hamımızın gözü qarşısında baş verir”.

Millət vəkili qeyd etmişdir ki, bəzi müxalif qüvvələrin adi yol-nəqliyyat hadisəsindən kütləvi narazılıq yaratmaq cəhdləri heç bir nəticə verməyəcək: “Bizim gözəl bir atalar sözümüz var: “Suda boğulan saman çöpündən yapışar”. Bu müxalifət də hər xırda hadisədən öz xeyrinə istifadə etmək istəyir. Müxalifət adi yol hərəkəti qaydalarının pozulmasını, 2-3 nəfərin hansısa məsələ ilə bağlı fikir söyləməsini ictimai, kütləvi narazılıq kimi təqdim etmək istəyir. Amma əslində belə deyil. Xudatda yol-nəqliyyat hadisəsi baş verib. Bəllidir ki, hadisə baş verəndə ətrafda olan adamlar ora toplaşır, kimsə kömək etmək istəyir, kimsə nəsə görmək istəyir. Kiçik yol-nəqliyyat hadisəsi zamanı 2 şəxs arasında qarşıdurmanı böyüdərək onu hansısa başqa bir formada təqdim etmək istəyirlər. Məlumdur ki, artıq bununla bağlı DİN rəsmi məlumat yayıb ki, orada toplaşan insanları başqa istiqamətə yönəltmək, ictimai asayişi pozmaq istiqamətində cəhdlər və çağırışlar edərək əhalini kütləvi narazılığa yönəltmək istəyənlər olub. Bu əməlləri edənlər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və müvafiq qaydada araşdırma aparılır".

Mübariz Qurbanlı hesab edir ki, heç də hər şey müxalifətin düşündüyü kimi deyil. Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur və bu sabitliyin iqtisadi, siyasi, sosial əsasları var: “Azərbaycanda əhali hər kiçik hadisədən istifadə edib hakimiyyətə qarşı bu cür təxribat törətmək istəyənlərə dəstək vermir, onlarla həmrəy deyil. Dünən ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı Bakıda tədbirlər keçirildi. Yüz minlərlə vətəndaş həmin tədbirlərə qatılmışdı və sakit şəkildə iştirak edirdi. Prezident İlham Əliyev ulu öndərin 90 illiyi ilə bağlı tədbirdə çıxışı zamanı müxtəlif məsələlərə, o cümlədən ölkədəki ictimai-siyasi sabitlik məsələlərinə toxundu və bütövlükdə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin yolverilməz olduğunu qeyd etdi. Siyasi mükalimə və diskussiyanın olduğu, normal siyasi mübarizə zəminində hər kəsin öz fəaliyyətini aparması qeyd olunub. Biz onun tərəfdarıyıq ki, hər kəs normal siyasi mübarizə aparsın və fikirlərini açıqlasın, amma təxribatlar törətmək, ictimai-siyasi asayişi pozmağa yönəlmiş cəhdlər etmək əlbəttə ki, yolverilməzdir. İctimai-siyasi sabitlik çox önəmlidir və bu, bütövlükdə hamımızın, o cümlədən millətimizin, dövlətimizin xeyrinədir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında