S.Çernyavski: “Biz Azərbaycanın real nailiyyətlərinə əmin olduq”

 

 

 Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Tədqiqatlar İnstitutunun (Universitetinin) postsovet tədqiqatlar mərkəzinin direktoru Stanislav İvanoviç Çernyavski Bakıda MDBMİ məzunlarının qurultayı barədə təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşmüşdür.

S.Çernyavski demişdir: “Mən qonaqpərvər Bakı torpağında MDBMİ məzunlarının görüşündə böyük məmnuniyyətlə iştirak etdim. Bizi bakısayağı, mehribanlıqla qarşıladılar. Birinci gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) görüşümüz oldu. Akademiya bizdə çox gözəl təəssürat oyatdı. Təkcə binasının arxitekturası və təchizatı ilə deyil, həm də tədbirdə iştirak edən professor-müəllif heyəti və tələbələri ilə. Görüşdə ADA-nın rektoru H.Paşayev və MDBMİ-nin rektoru A.Torkunov çıxış etdilər. Azərbaycan Diplomatik Akademiyası nəzdində Azərbaycan-Rusiya magistraturasının yaradılması qərara alındı. Belə struktur yaradıldıqdan sonra tələbələr həm MDB-nin, həm də Azərbaycan Diplomatik Akademiyasının bərabər hüquqlu diplomlarını ala biləcəklər. Azərbaycan Prezidentinin göstərişi ilə hazırda bu məsələ araşdırılır və düşünürəm ki, yaxın vaxtlarda həll ediləcəkdir.

Ertəsi gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdük. Hamı müasir Azərbaycan haqqında, respublikanın qarşısında duran vəzifələr və perspektivlər barədə Prezidentin gözəl çıxışını çox diqqətlə dinlədi. Çox məzmunlu və maraqlı çıxış idi. Təhsil problemləri haqqında məzunların, xüsusən Ukrayna Baş nazirinin müavini Konstant Qrişşenkonun, Vyetnamın xarici işlər nazirinin müavini Nquyen Fıonq Nqanın çıxışları maraqlı idi. O dedi ki, MDBMİ-nin professor-müəllim heyətinin məzunlara aşıladığı pozitiv ideyalar həyata keçməkdədir.

Yekun görüşdə MDBMİ-nin professoru Y.Kobaladze zarafatla dedi ki, biz Bakıda necə gözəl qarşılandığımızı sirr saxlayırdıq, heç kəsə heç nə demirdik. Yoxsa, gələn dəfə MDBMİ-nin 30 min məzunu Azərbaycanın paytaxtına gələr və bizə yer çatmaz.

Məzunların növbəti görüşü Moskvada keçiriləcəkdir, çünki MDBMİ-nin 70 illiyi qeyd olunacaqdır. Düşünürəm ki, forum başlıca məqsədinə nail olmuşdur: həmfikirlər görüşmüşlər. Bu, xalq diplomatiyasının nümayəndələridir. Bu insanlar 35 dövlətin müasir elitasını təmsil edir. Görüş çox gözəl fonda keçirilmişdir. Biz Azərbaycanın real nailiyyətlərinə əmin olduq.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında