Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Qafqaz regionu üçün əhəmiyyətli hadisədir

 

 

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, həm də bütün Qafqaz regionu üçün çox əhəmiyyətli hadisədir.

Bu fikri Bakıda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) Qırğız Respublikasının Bazarlar, Ticarət Müəssisələri və Xidmət Sahələri Assosiasiyasının  prezidenti Sergey Ponomaryov səsləndirmişdir.

O, bildirmişdir ki, Dünya İqtisadi Forumu hökumət ilə iş adamları arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulduğu istənilən ölkənin iqtisadiyyatı üçün kifayət qədər  irimiqyaslı tədbirdir.

Bakı haqqında təəssüratlarını bölüşən  assosiasiya prezidenti  demişdir ki,  Azərbaycanın paytaxtına ilk dəfədir gəlir və şəhərin gözəlliyindən və təmizliyindən təsirlənmişdir.

S.Ponomaryov vurğulamışdır ki, Bakıda qədim tarix və müasir sivilizasiya uğurlu şəkildə birləşir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında