Mixail QUSMAN: Azərbaycan Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər şey edir

 

 

Azərbaycan Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər şey edir və bu işin konkret nəticələri artıq görünür.

AzərTAc xəbər verir ki, bunu  jurnalistlərə müsahibəsində  MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının  Bakıda keçirilən  XVI  iclasında iştirak edən   İTAR-TASS-ın  baş direktorunun müavini Mixail Qusman bildirmişdir.

Xocalının  təkcə Azərbaycanın deyil,  həm də bütün türk dünyasının  problemi olduğunu vurğulayan M.Qusman demişdir: “Xocalıda soyqırımının xüsusi qəddarlıqla törədilməsi bütün dünyanı dəhşətə gətirmişdir.  Bu müdhiş günlər barədə məlumatı olan və onları xatırlayan hər kəs  faciəyə  biganə yanaşa bilməz”.

M.Qusman  bildirmişdir ki, Dağlıq Qarabağ problemi  BMT Təhlükəsizlik Şurasının  qətnamələri əsasında tənzimlənməlidir. O, demişdir: “Azərbaycan Respublikasının Prezidenti  Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edilməsi  üçün böyük səylər göstərir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında