Tomas De VAAL: “Xocalı aeroportunun açılması cəhdi ilə əlaqədar münaqişənin yenidən alovlanması təhlükəsi var”

 

 

Karnegi Fondunun Qafqaz üzrə tanınmış eksperti Tomas De Vaalın APA-ya müsahibəsi

– Serj Sarkisyanın növbəti müddətə prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə necə təsir edə bilər?

- Mən seçkilərin Dağlıq Qarabağla bağlı vəziyyətə hansısa təsir göstərəcəyini düşünmürəm. Serj Sarkisyan ikinci prezidentlik müddətində bəlkə daha cəsarətli ola bilər, lakin hazırda vəziyyət o qədər pisdir ki, hansısa pozitiv inkişaf gözləmək real deyil. Əksinə, Xocalı aeroportunun açılması cəhdi ilə əlaqədar münaqişənin yenidən alovlanması təhlükəsi var.

– Ermənistanda siyasi fəallar seçkilərin saxtalaşdırılmasından şikayətlənir, lakin ABŞ Dövlət Departamenti bu barədə ehtiyatlı və müsbət mövqe bildirib. Siz bunu necə qiymətləndirirsiniz?

– Məncə, seçkilərin nəticələrinə münasibət qarışıq oldu. İndiki prezidentin KİV-ə nəzarət etdiyini və inzibati resurslardan faydalandığını nəzərə alsaq, Raffi Ovannisyan üçün 37 faizlik nəticə yaxşı nəticədir. Ermənistandakı seçkilərin forması var, məzmunu yoxdur. Ovannisyanın qələbəsinin oğurlandığını söyləmək çətindir, ona görə ki, seçki kampaniyasının əvvəlindən bəri mübarizə meydanında iki namizədin imkanları bərabər deyildi.

– Xocalı hadisələrinin yaxınlaşan ildönümü ilə əlaqədar nə düşünürsünüz? Hər iki tərəfin öz tarixindəki faciəli məqamlara diqqət cəlb etmək cəhdlərini necə dəyərləndirirsiniz?

– Xocalı Qarabağ müharibəsindəki ən ağır cinayət idi. Lakin bu, yeganə belə hal deyildi. Ədalət naminə bu münaqişə zamanı dinc sakinlərin öldürülməsi ilə nəticələnmiş bütün hadisələri araşdırmaq lazımdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında