Əli HÜSEYNLİ: Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın seçki qanunvericiliyində hər hansı dəyişiklik edilməyəcək

 

“Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar qanunvericilikdə hər hansı əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulmur. Buna ehtiyac da yoxdur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanda seçki qanunvericiliyində dəyişikliklərə ehtiyac olması fikrinə münasibət bildirərkən demişdir.

Əli Hüseynlinin sözlərinə görə, Azərbaycanda seçki qanunvericiliyi  mükəmməldir, artıq bir neçə seçkidə təcrübədən çıxmışdır. Doğrudur, bəzən müəyyən texniki məsələlərlə bağlı Seçki Məcəlləsinə düzəlişlər olur: “Amma seçki qanunvericiliyinin mahiyyəti, seçki komissiyalarının formalaşdırılması və sairlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmur. Çünki buna zərurət də yoxdur”.

Komitə sədri Azərbaycanda hər seçki ili ərəfəsində Seçki Məcəlləsinin hədəfə alınması, sənəddə hansısa dəyişiklik ediləcəyi barədə məsələ qaldırılması, bunun hətta tələb şəklində səsləndirilməsindən təəssüf hissi keçirdiyini vurğulamışdır: “Bütün bunlara cavab olaraq tam məsuliyyətlə deyirəm ki, bu gözləntilər əbəsdir. Bizim müasir standartlara cavab verən seçki qanunvericiliyimiz var və Seçki Məcəlləsi hazırlanan zaman bütün beynəlxalq təşkilatların tövsiyələrini nəzərə almışıq. Bir sıra təkliflərin nəzərə alınmasının mümkünsüzlüyünün isə müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən ATƏT də şahidi olmuşdur. Bu barədə geniş polemikalar da aparmışıq. Ona görə də birdəfəlik bilmək lazımdır ki, nə indi, nə də gələcəkdə Azərbaycanda seçki qanunvericiliyində dəyişiklik edilməsinə ehtiyac yoxdur”.

Əli Hüseynli daha sonra bildirmişdir ki, artıq Mərkəzi Seçki Komissiyası sistemi seçkini həyata keçirən inzibati orqan kimi tam formalaşmışdır və növbəti seçkiləri də yüksək səviyyədə keçirməyə tam hazırdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında