Əli ƏHMƏDOV: Rusiya-Ermənistan hərbi-strateji əməkdaşlığı geopolitik kontekstdə yenidən gündəmə gəlir

 

“Əslində, müəyyən mənada Rusiyanın bu addımında yeni heç nə yoxdur. Rusiya ilə Ermənistan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb, Rusiyanın hərbi qüvvələri Ermənistanın ərazisində yerləşir, hətta bu dövlətin sərhədlərini rus sərhədçiləri qoruyurlar. Rusiyanın mütəmadi olaraq Ermənistanı silahlandırması da yeni deyil. Görünür, son sərəncamı ilə Vladimir Putin Rusiya-Ermənistan hərbi-strateji əməkdaşlığını geopolitik kontekstdə bir daha gündəmə gətirmək istəyir. Başqa sözlə desək, bir daha münasibətlərin mövcud mahiyyətini daha ucadan səsləndirmək istəyib”.

Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Rusiya Prezidenti Vladimir Putinin Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirmək barədə sərəncam imzalamasına münasibət bildirərkən deyib.

Əli Əhmədov bu addımı iki dövlətin hərbi-siyasi və hərbi-texniki sahədə əməkdaşlığının davamı kimi qiymətləndirməyin tərəfdarı olduğunu bildirib və əlavə edib ki, sözügedən əməkdaşlığın Azərbaycana qarşı çevrilmiş olmasına inanmaq istəmir, çünki Azərbaycan və Rusiya qonşu və dost dövlətlərdir.

Onun fikrincə, diqqət çəkməli və Azərbaycan vətəndaşlarının narahatlıqlarını artıran başqa məqamdır. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçi rolunu üzərinə götürmüş ölkə münaqişənin tərəflərindən biri ilə hərbi-texniki əməkdaşlığını (indi isə bu əməkdaşlığı daha da gücləndirmək planları üzərində iş gedir) nizamlama prosesi ilə necə əlaqələndirə biləcək? Belə olan halda vasitəçinin qərəzsiz və obyektiv yanaşması necə təmin edilə bilər?!” – deyə, YAP Sədrinin müavini qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında