Sloveniya Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıqda maraqlıdır

 

 

Sloveniya Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. Bu sözləri Sloveniyanın Baş naziri Yanez Yanşa yanvarın 16-da Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda bildirmişdir.

Baş nazir demişdir: “Ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün hər iki tərəf böyük potensiala malikdir. Hazırda Azərbaycan və Sloveniya İKT, tikinti və əczaçılıq sahələrində əməkdaşlıq edir. Biz Azərbaycan ilə emal sənayesi, logistika, elm, texnologiya və təhsil kimi sahələr üzrə əməkdaşlıqda maraqlıyıq”.

Bildirilmişdir ki, ötən il Sloveniyaya Azərbaycandan 13 min turist səfər etmişdir ki, bu da əvvəlki illə müqayisədə 70 faiz çoxdur.

Baş nazir, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təchizatında mühüm rol oynadığını, Sloveniyanın ölkəmizlə bu sahədə də əməkdaşlıq etmək istədiyini qeyd etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında