Sərgidə müasir dünyada kişilər və qadınlar arasındakı qarşılıqlı münasibətin aktuallığını göstərən əsərlər nümayiş etdirilir

 

Sərgidə müasir dünyada kişilər və qadınlar arasındakı  qarşılıqlı münasibətin aktuallığını göstərən əsərlər nümayiş etdirilir. Burada dörd gənc rəssamın - Bakıda yaşayan əfqanıstanlı Reza Hazarenin, Azərbaycanda dünyaya gəlmiş Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri sərgilənir.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “YARAT!” Müasir İncəsənət məkanının rəhbəri Aida Mahmudova demişdir. Bildirmişdir ki, “YARAT”a məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - “Mars” qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilmişdir.

“YAY!” qalereyasında artıq üçüncü sərginin təşkil olunduğunu diqqətə çatdıran Aida Mahmudova əfqanıstanlı rəssamla azərbaycanlı xanımların aktual mövzuya yanaşma tərzi baxımından sərginin tamaşaçılarda maraq doğuracağına ümidini ifadə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında