Əli ƏHMƏDOV: “Ermənistan Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasından çox böyük qorxu hissi keçirir”

“Serj Sarkisyanın müharibə bəyanatları Ermənistanda prezident seçkiləri öncəsi daxili auditoriyaya hesablanıb”.

 “Serj Sarkisyanın müharibə bəyanatları Ermənistanda prezident seçkiləri öncəsi daxili auditoriyaya hesablanıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, erməni cəmiyyəti ölkə vətəndaşlarının sayında azalmanın hansı həddə olduğundan xəbərdardır və gənclərin ölkədən qaçması haqda müfəssəl bilgiyə malikdir: “Bu, bütövlükdə Ermənistandakı ictimai siyasi və mənəvi-psixoloji durumun ən qabarıq göstəricisidir. O ki qaldı Azərbaycan Ordusu ilə Ermənistanın hərbi imkanlarının müqayisə olunmasına, onu qeyd etmək istəyirəm ki, Azərbaycanda orduya dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı bütövlükdə Ermənistanın dövlət büdcəsindən artıqdır. Hesab edirəm ki, bunun özü də çox maraqlı göstəricidir”.

Ə.Əhmədov onu da qeyd edib ki, Ermənistanın rəhbərliyi və sıravi vətəndaşlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasından çox böyük qorxu hissi keçirir: “Azərbaycanın ordusu, Azərbaycan cəmiyyəti ölkənin ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə həmişə hazır olub. Bu gün də buna hazırdır. Sadəcə, Azərbaycan rəhbərliyi və cəmiyyəti münaqişənin qan tökülmədən, müharibəyə yol vermədən nizamlanmasını, dinc yolla həll olunmasını istəyir. Nə qədər ki, bu imkanlar mövcuddur, Azərbaycan münaqişəni dinc yolla həll etməyə çalışacaq. Əgər sülh yolu ilə münaqişənin həlli mümkün olmazsa, Azərbaycan xalqı qəti iradəsini ortaya qoyub pozulmuş ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcək. Buna heç kimin şübhəsi yoxdur və Ermənistanda Serj Sarkisyan da daxil olmaqla bunu hamı bilir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında