Novruz MƏMMƏDOV: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, erməni dövlətinin və xalqının gələcəyi sual altında olacaq"

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması mümkün deyil. Azərbaycan əraziləri mütləq işğaldan azad olmalıdır". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir.
Onun sözlərinə görə, beynəlxalq qurumların, Avropa İttifaqının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, digər regional və beynəlxalq qurumların bu münaqişə ilə bağlı müəyyən qərar və qətnamələri, həmsədr dövlətlərin - ABŞ, Rusiya və Fransa prezidentlərinin 4 bəyanatı olduğu üçün status-kvo dəyişməlidir: "İndiki vəziyyət qəbuledilməzdir. Bizim mövqeyimiz ondan ibarətdir. Ermənistan tərəfi vaxtaşırı müəyyən bir bəhanə axtarıb taparaq danışıqlar prosesini uzatmağa nail olmamalıdır".
N.Məmmədov rəsmi Bakının ATƏT-in Minsk qrupundan gözləntilərini də açıqlamışdır: "Həmsədrlərdən bizim istəyimiz və tələbimiz ondan ibarətdir ki, ili ilə satmağa dəyməz. Neçə illərdir ki, onlar bu istiqamətdə danışıqlar aparırlar, ancaq bu danışıqların hələlik real bir nəticəsi yoxdur. Münaqişənin belə vəziyyətdə, həll olunmamış qalması mümkün deyil.
Azərbaycan əraziləri mütləq işğaldan azad olunmalıdır. Şəxsən mənim də fikrim ondan ibarətdir ki, bu, nə qədər tez olarsa, Ermənistan bir dövlət kimi erməni xalqının gələcək taleyi üçün müəyyən mənada təminat ala bilər. Vəziyyət belə qalarsa, bu dövlətin də, bu millətin də gələcəyi sual altında olacaq".
Həmsədrlərin yeni təklifləri ilə bağlı məsələyə münasibət bildirən N.Məmmədov qeyd etmişdir ki, "Madrid prinsipləri" müəyyən sənədlərdə qəbul edilmişdir: "Onların çərçivəsində bəhanə axtarmaq yox, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır. Ermənistan rəhbərləri bununla bağlı özlərində iradə tapmalıdırlar. Bu xalqın, bu ölkənin taleyini girov qoymaq olmaz. Onlar erməni xalqının, erməni dövlətinin taleyini öz maraqlarına qurban verərək özlərini hakimiyyətdə saxlamaq üçün danışıqlar prosesini müəyyən bəhanələr tapmaqla uzadırlar. Bu da onların faciəsidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında