"YARAT!" Müasir İncəsənət Məkanının gənc rəssamları tərəfindən uşaqlara ustad dərsləri keçirilmişdir

"BacarArt" layihəsi çərçivəsində "YARAT!" Müasir İncəsənət Məkanının gənc rəssamları tərəfindən uşaqlara ustad dərsləri keçirilmişdir. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Bu sözləri "BacarArt" layihəsinin yekunlarına həsr edilmiş hərrac-sərginin açılışından əvvəl jurnalistlərə müsahibəsində "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova demişdir.
Bildirmişdir ki, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı uşaqların üzə çıxarılmasıdır. Layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzlərinin yerləşdiyi 8 rayondan - Göygöl, Goranboy, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Xəzər rayonlarından 24 uşaq iştirak etmişdir.
Aida Mahmudova demişdir ki, hərrac-sərgidən əldə edilən gəlirin istedadlı uşaqların bu sahədə yaradıcılıqlarının inkişafına sərf edilməsi nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında