Qazax tarixçisi: Azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də davam edir

Bu günlərdə Bakıda keçirilmiş ikinci Bakı Beynəlxalq Humanitar Forumu hələ uzun müddət istər Azərbaycan, istərsə də dünya media orqanlarında müzakirə mövzusu olacaq. Forum tədbirdə iştirak edən görkəmli şəxsiyyətlərə, alim və diplomatlara, sabiq dövlət başçılarına, Nobel Mükafatı laureatlarına hazırkı mürəkkəb dövrdə dünyanın taleyi ilə bağlı fikir və düşüncələrini bölüşməyə imkan vermişdir. Təbii ki, dünyanın düşünən başlarının fikir və mülahizələri Azərbaycan oxucusu üçün də maraqlıdır. Bunu nəzərə alaraq tədbir iştirakçılarından bir neçəsinin fikir və təəssüratlarını öyrənmişik. 
Maqsud TACMURADOV, qazax tarixçisi, "Astana" jurnalının baş redaktoru:
- Əvvəlcə onu qeyd edim ki, Bakıda ilk dəfə 2008-ci ildə olmuşam. Onda Bakı böyük tikinti meydançasına oxşayırdı. Budəfəki gəlişimdə isə görürəm ki, tikinti işləri, demək olar ki, başa çatıb. İndi əsasən tarixi binaların restavrasiyası işləri görülür. Bu da çox vacibdir. Əlbəttə, Bakı abidələr şəhəridir. Mən bir müddət əvvəl Gürcüstanda olmuşdum. Tbilisi də tarixi şəhərdir, orada da çoxlu abidələr var. Amma orda gördüyüm abidələrin qəhrəmanları əsasən at üstündə oturmuş vəziyyətdədir. Bakıda isə abidələr əsasən ayaq üstədir. Bu onu göstərir ki, Azərbaycan alimlər, mütəfəkkirlər ölkəsidir.
Mən bir daha Bakıdakı görkəmli şəxsiyyətlərin abidələrini ziyarət etdim, artıq bütün dünyanın tanıdığı Şəhidlər Xiyabanında oldum, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində həlak olmuş insanların xatirəsini yad etdim. Eyni zamanda, Qubada oldum və ermənilərin keçən əsrin əvvəllərində azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin qurbanlarının uyuduğu Soyqırımı Muzeyini ziyarət etdim. Bu muzey məndə çox ağır təəssürat oyatdı. Çox təəssüf ki, azərbaycanlılara qarşı bu siyasət indi də davam edir. Azərbaycan tarixi torpaqlarının 20 faizindən çoxunu itirib. Mən özüm də tarixçiyəm və yaxşı bilirəm ki, bu torpaqlar sakların, skiflərin, türklərindir. Bu gün Azərbaycana qarşı aparılan bu siyasət, Bakı Beynəlxalq Forumunda Prezident İlham Əliyevin dediyi kimi, dəyişməlidir. Ermənistan öz qonşuları ilə bağlı siyasətinə yenidən baxmalıdır, bu siyasət köklü şəkildə dəyişilməlidir. Mən də hesab etmirəm ki, Azərbaycan buna məhz hərbi yolla nail olmalıdır, sülh, danışıqlar yolu ilə həll daha yaxşıdır.
Bakıda artıq ikinci dəfədir ki, humanitar forum keçirilir. Mən bu forumda birinci dəfədir ki, iştirak edirəm. Bununla belə, tədbir çox xoş təəssürat yaradır. İştirakçıların tərkibi çox əla seçilib. 70-ə qədər ölkədən 700-ə yaxın insan gəlib. Bunlar, demək olar ki, bütün dünyanın tanıyıb qəbul etdiyi görkəmli insanlardır - sabiq dövlət başçılarıdır, görkəmli alimlərdir, ziyalılardır. Prezident İlham Əliyevin forumdakı çıxışı isə mənə xüsusilə xoş gəldi. Çıxış intellektual cəhətcə çox zəngin idi. Onun multikulturalizmlə bağlı fikirləri, yanaşmaları daha cəlbedici idi. Bizdə - Qazaxıstanda da 100-dən çox etnos yaşayır. Biz də belə forumlar keçiririk. Amma multikulturalizm məsələsi tamamilə yeni baxışdır. İlham Əliyev bu məsələyə Azərbaycan variantını təqdim etdi. Çoxlu millətlərin yaşadığı hər bir ölkənin bu məsələ ilə bağlı öz baxışı, öz konsepsiyası olmalıdır. Məncə, bu məsələdə artıq Azərbaycanın da, Qazaxıstanın da öz modelləri vardır. Bu, çox yaxşıdır. Artıq forumda çıxış edən bir çox ölkələrin nümayəndələri Azərbaycan modelinin nümunə kimi götürülə biləcəyindən danışırdı. Bu, bizi də sevindirir. Azərbaycanın hər bir uğuru türkdilli ölkələrdə, o cümlədən Qazaxıstanda böyük sevinclə qarşılanır. Bunu da azərbaycanlı qardaşlarımın bilməsi vacibdir.

{nl}

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında