Bakı heç də inkişaf etmiş Qərb şəhərlərindən geri qalmır

Forum iştirakçılarının rəyləri
Lorenzo İboli, İtaliyanın Peruqia Universitetinin professoru:
- Azərbaycanda olmağımdan son dərəcə məmnunluq hissi keçiririəm. Ölkənizin paytaxtında keçirilən Beynəlxalq Humanitar Forum sivilizasiyalararası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Hər şeydən öncə qeyd etmək istəyirəm ki, müxtəlif peşə ilə məşğul olan insanlar, xüsusilə də mədəniyyət sahəsini təmsil edənlər Bakıda bir araya gələrək aktual məsələləri müzakirə etməyə çalışırlar. Çünki mədəniyyət çox geniş bir məfhumdur. Mədəniyyət insana cəmiyyətdə yaşamağa, cəmiyyətə isə dünyada yaşamağa kömək edir. Bu qəbildən olan tədbirlər insanları, xalqları daha da yaxınlaşdırır. Sevindirici haldır ki, Azərbaycan bu sahədə mühüm addım ataraq Bakı Beynəlxalq Humanitar Forumunu ənənəyə çevirmişdi. Bu, olduqca təqdirəlayiq haldır. Əminəm ki, ötənilki kimi builki forum da uğurla nəticələnəcəkdir. Forumda müzakirə ediləcək vacib məsələlər bəşəriyyətin üzləşdiyi çağırışlara cavab verilməsi baxımından mühüm töhfələri ilə yadda qalacaqdır.
Yeri gəlmişkən, mən Azərbaycanda son illər baş vermiş müsbət dəyişikliklərlə də yaxından tanışlıq imkanı qazandım. Bakı heç də inkişaf etmiş Qərb şəhərlərindən geri qalmır. Mən Azərbaycan paytaxtının gözəlliyinə heyran qaldım.
Çul Park, Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru, ispan ədəbiyyatı üzrə alim:
- Azərbaycan paytaxtında son dərəcə mötəbər bir beynəlxalq tədbir öz işinə başladı. Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqu inkişaf etdirmək üçün çox önəmli platformadır. Forumun çox böyük əhmiyyəti vardır. Hər şeydən əvvəl əminliklə qeyd etmək istəyirəm ki, bu mötəbər tədbir ölkələr arasında beynəlxalq münasibətlərin inkişafında xüsusi rol oynayacaqdır. Digər tərəfdən, bir sıra dünya telekanallarında yayımlanan videoçarxlar vasitəsilə ölkəniz haqqında ətraflı məlumatlar əldə edirlər.
Bu, mənim Azərbaycana ilk səfərimdir. Açığını deyim, Bakının gözəlliyinə heyran qaldım. Bakı şəhəri qədim və modern tikililərlə zəngindir. Bu həm də məndə belə bir qənaət yaratdı ki, ölkəniz, həqiqətən də, sürətlə inkişaf edir. Yeri gəlmişkən, şəhərinizdə geniş restoranlar şəbəkəsi mövcuddur. Azərbaycanın zəngin mətbəxi var, milli yeməkləriniz çox ləzizdir. Azərbaycan, həm də son dərəcə qonaqpərvər bir ölkədir. Bu ölkənin insanları çox mehriban, qayğıkeş və enerjilidirlər.
Xəzərin sahilindəki Dənizkənarı Milli Park çox möhtəşəmdir. Buranın iqlimi də gözəldir. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir. Bir sözlə, sakinlərin qonaqpərvərliyini, qayğıkeşliyini unutmaq mümkün deyildir. Ölkəmə qayıtdıqdan sonra isə Azərbaycan haqqında ən gözəl təəssüratlarımı həmvətənlərimlə məmnuniyyətlə bölüşəcəyəm.
Hakki Keskin, Almaniya Bundestaqının keçmiş üzvü:
- Azərbaycan mənim ikinci vətənimdir. Azərbaycanı, onun paytaxtını çox sevirəm. Bakıya hər səfərimdə yeniliklərin, dəyişikliklərin şahidi oluram. Bakıda genişmiqyaslı abadlıq işləri aparılır, gözoxşayan binalar tikilir. Dənizkənarı Milli Parkın gözəlliyi insanı valeh edir. Azərbaycanın paytaxtında sözün əsl mənasında, sürətli inkişaf prosesi gedir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
Mən Azərbaycana tez-tez səfər edirəm. Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsini yüksək dəyərləndirirəm. Düşünürəm ki, Azərbaycan doğru yol seçmişdir. Azərbaycanın dünyaya tanıdılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan belə mötəbər tədbirlərin Bakıda keçirilməsi çox vacibdir. Dünyanın tanınmış şəxsiyyətləri burada bir araya gəlmişlər, onların iştirakı ilə beynəlxalq əhəmiyyətli mövzular müzakirə edilir. Forum iştirakçıları, eyni zamanda, Azərbaycanla yaxından tanış olmaq, paytaxt Bakıda gedən inkişaf prosesləri barədə ətraflı məlumat almaq imkanı qazanmışlar. Həmçinin, forum çərçivəsində multikulturalizm və medianın cəmiyyətdə rolu kimi aktual məsələlərin müzakirə olunması nəzərdə tutulmuşdur. Bütün bunlar isə dünya miqyasında çox əhəmiyyətli mövzulardır. Hesab edirəm ki, bununla Azərbaycan, həm də qapılarının qlobal problemlərin müzakirəsi üçün dünyaya açıq olduğunu bir daha nümayiş etdirir.
Kennet Errou, tanınmış amerikalı alim, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı:
- Bakıda keçirilən humanitar forum bütün dünya üçün əhəmiyyətli məsələlərin müzakirə edilməsində mühüm rol oynayacaqdır. Fikrimcə, belə bir vacib tədbirin Bakıda keçirilməsi onun əhəmiyyətini daha da artırır. Çünki Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır. Forumun çox böyük əhəmiyyəti vardır. Əminəm ki, bu beynəlxalq tədbir bir çox məsələlərin müzakirə edilməsi və onların həlli yollarının tapılması istiqamətində qarşıya qoyulan məqsədlərə nail olacaqdır.

{nl}

Vaqif BAYRAMOV, Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında