Kosmonavt Viktor SAVİNIX: Azərbaycan sülh ölkəsidir və dünyanın sülh içində yaşamasını istəyir

Oktyabrın 4-5-də Bakıda keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən və nüfuzlu beynəlxalq təşkilatlardan nümayəndələr, Nobel mükafatı laureatları, alimlər, mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak ediblər. 
Tədbirdə dünya ölkələri arasında geniş humanitar əməkdaşlıq məsələləri müzakirə edilib. Bakı Beynəlxalq Humanitar Forumunun Rusiyadan gəlmiş iştirakçısı, kosmonavt Viktor Savinıx bizimlə söhbətində tədbirlə bağlı təəssüratlarını bölüşmüşdür.
Savinıx ilk növbədə bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun öz işinə başladığı gün dünyada geniş qeyd olunan Kosmonavtika Gününə təsadüf edir. Tədbirin belə bir günə təsadüf etməsi onun uğurlu olacağından xəbər verir. O demişdir ki, Bakı ilə yaxından tanışlıq onda yüksək təəssürat oyatmışdır.
Onun sözlərinə görə, Bakıya səfəri ərəfəsində haqqında çoxlu maraqlı söhbətlər eşitməsinə baxmayaraq, bu qədim şəhərin, eləcə də bütün Azərbaycanın belə sürətlə inkişaf etdiyini, böyük yenidənqurma və abadlıq işlərinin aparıldığını görəcəyinə inanmırmış. "Ancaq Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə ölkədə görülən böyük və əhəmiyyətli işlər mənə olduqca yüksək təsir bağışladı. Forumun açılışında İlham Əliyevin məzmunlu və dərin təhlilə əsaslanmış çıxışına diqqətlə qulaq asdım. Mən ilk dəfə idi ki, İlham Heydər oğlunun çıxışını telekanal vasitəsilə deyil, canlı izləyirdim. Çıxış olduqca əhatəli idi, bir sıra qlobal məsələlərə ədalətli münasibət baxımından əhəmiyyətli idi. Məhz buna görədir ki, son illərdə Azərbaycan Prezidentinin, eləcə də ölkənizin dünyada nüfuzu yüksəlməkdədir. Cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı münasibətləri var. Eyni zamanda, mənim bildiyimə görə, o, Azərbaycan əhalisinin çox böyük əksəriyyəti tərəfindən dəstəklənir", - deyə Savinıx qeyd etmişdir.
Rusiyalı qonaq belə möhtəşəm bir tədbirin Bakıda yüksək səviyyədə təşkilinə və dəvət olunmuş qonaqların səmimiyyətlə qarşılanmasına görə Azərbaycan Respublikasının rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. Onun fikrincə, böyük tarixi və mədəni ənənələrə malik azərbaycanlılar dünyanın hər yerindən gəlmiş qonaqları özlərinə məxsus yüksək qonaqpərvərliklə qarşılamışlar. Bakıda xarici qonaqları məftun edən Heydər Əliyev Mərkəzi kimi möhtəşəm bir memalıq abidəsinin tikilməsi də rusiyalı qonağın zövqünü oxşamışdır. Onun sözlərinə görə, bütün bu yeni və bir-birindən gözəl tikililər təkcə Bakının gözəlləşməsinə xidmət etmir, həm də Azərbaycanın sürətli inkişafından xəbər verir.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında