Larisa LUJİNA: Ölkəniz, şəhəriniz inanılmaz dərəcədə dəyişilib

Bakı Beynəlxalq Humanitar Forumunun qonaqları arasında məşhur kino aktrisa, Rusiya Federasiyasının xalq artisti Larisa Lujina da vardır. O, təəssüratlarını bizimlə bölüşdü.
Mən ölkənizdə ilk dəfə 1964-cü ildə olmuşam. O vaxt rejissor Vladimir Basov "Sakitlik" filminin bəzi epizodlarını Bakıda çəkirdi. Mən həmin filmdə əsas rolların birini ifa edirdim.
O vaxtla indiki dövrü müqayisə edəndə ölkənizdə, paytaxtınızda nə qədər nəhəng dəyişikliklərin baş verdiyindən heyrətlənməyə bilmirsən. Bakını isə, ümumiyyətlə tanımaq mümkün deyil. Şəhərdə nə qədər gözəl, möhtəşəm, memarlıq baxımından orjinal binalar inşa edilib. Bu cəhətdən Bakını Dubayla da müqayisə etmək olar, amma özünəməxsus tarixi abidələr, qədim memarlıq inciləri baxımından şəhəriniz olduqca böyük üstünlüklərə malikdir.
Mən bütün Azərbaycan insanlarına, gözəl Bakının mehriban, qonaqpərvər sakinlərinə, bütün xalqınıza xöşbəxtlik və əmin-amanlıq arzulayıram. Qoy başınız üstündə həmişə aydın səma olsun.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında