Yeni Azərbaycan Partiyasının 2013-cü il prezident seçkisində namizədi İlham Əliyev olacaq

Reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində özünün namizədi kimi İlham Əliyevi görür. Bunu "Trend"ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov demişdir.
"Partiyamız Azərbaycan xalqının iradəsini ifadə edərək qarşıdan gələn qurultayda YAP namizədi kimi Prezident İlham Əliyevin namizədliyini irəli sürəcək. Başqa bir fikir mahiyyəti etibarilə mövcud ola bilməz. Çünki İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illər ərzində Azərbaycan çox sürətlə inkişaf edib, iqtisadiyyatı yüksəlib, beynəlxalq aləmdə Azərbaycan öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada nüfuzlu bir ölkə kimi qəbul olunur.Bu, həyatımızda baş verən keyfiyyət dəyişikliyi kimi qiymətləndirilir", - deyə Əli Əhmədov bildirmişdir.
İcra katibi Azərbaycanın müasirləşməsinə yönələn bütün dəyişikliklərin Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində gerçəyə çevrildiyini vurğulamışdır:"Azərbaycan vətəndaşları bu sürətli inkişaf tempini növbəti illərdə də saxlamağın həlledici şərtinin növbəti beş ildə İlham Əliyevin prezident seçilməsindən ibarət olduğunu görür. Növbəti beş ildə İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsi bizim insanlarımızın gələcəklə bağlı ümidləri ilə üst-üstə düşür. Azərbaycan ictimaiyyəti hesab edir ki, İlham Əliyev növbəti beş ildə də Azərbaycan Prezidenti olsa, bütövlükdə ölkənin iqtisadiyyatı inkişaf edəcək, insanların rifahı yaxşılaşacaq".
YAP-ın 2013-cü il prezident seçkisi zamanı aparacağı seçki kampaniyasına toxunan Əli Əhmədov bildirib ki, hakim partiya hər seçki kampaniyası çərçivəsində həmin seçkidə qələbə qazanmağı təmin edən texnologiyalardan istifadə edir və 2013-cü ilin seçkiləri də istisna olmayacaq:"Hələ seçkilərin keçirilməsinə bir il qalır və o vaxta qədər ictimai-siyasi həyatımızı daha dərindən təhlil edərək seçəcəyimiz siyasi fəaliyyət texnologiyalarını və strategiyalarını müəyyənləşdirəcəyik. Həyat dəyişib, siyasi prosesləri idarə etməklə bağlı yeni texnologiyalar yaranıb və bu da siyasi partiyanın siyasi kampaniyalar həyata keçirməsinin forma və metodlarını əhəmiyyətli dərəcədə təkmilləşdirib. YAP da bu prosesdən kənarda deyil, biz həmişə yenilikçi olmağa çalışmışıq, bu istəyimizi və məsələlərə yanaşmada öz mövqeyimizi saxlayırıq. Sizi əmin etmək istəyirəm ki, belə yeniliklərin şahidi olacaqsınız".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında