İSESCO-nun baş direktoru: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcəkdir

İSESCO Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq səylərini dəstəkləyir.
AzərTAc xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri demişdir.
İSESCO-nun baş direktoru vurğulamışdır ki, bu işğal beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə ziddir.
İSESCO-nun Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu qeyd edən qonaq demişdir:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcəkdir. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır".
Xankəndi aeroportunun istismara verilməsi məsələsinə də münasibət bildirən əl-Tüveycri vurğulamışdır ki, İSESCO qəti şəkildə bunu pisləyir. Ermənistanın etdikləri əsl ağılsızlıqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında