Akademik Valeri LUNİN: Artıq ikinci ildir keçirilən bu forumun dünyada analoqu yoxdur

Artıq ikinci ildir keçirilən bu forumun dünyada analoqu yoxdur. Bu, böyük hadisədir. 
Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı Valeri Lunin AzərTAc-a müsahibəsində demişdir.
Akademik bildirmişdir ki, Azərbaycanın müxtəlif ölkələrdən, müxtəlif konfessiyalardan olan insanları birləşdirmək səyi böyük əhəmiyyətə malikdir. Alim demişdir: "Bu gün burada dünyanın bir çox ölkələrindən çoxlu sayda Nobel mükafatı laureatları, keçmiş dövlət başçıları, alimlər iştirak edirlər. Bu, təkcə Azərbaycanın deyil, bütün bəşər sivilizasiyasının tarixinə həmişəlik daxil olacaqdır. Mən bu forumun keçirilməsini çox yüksək qiymətləndirirəm. Mən Azərbaycana, analoqu olmayan bu nadir tədbiri təşkil edən Prezident İlham Əliyevə minnətdaram.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında