Əli ƏHMƏDOV: Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk qrupunun ölüm hökmü olardı

"Ermənistan rəhbərliyi ölkə parlamentinin vasitəsi ilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır. Formal olaraq, guya buna səbəb Macarıstandan ekstradisiya edilən Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsidir". 
Bu fikirləri yap org.az saytına açiqlamasında YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirmişdir. Əli Əhmədovun sözlərinə görə, Prezidentin əfv sərəncamı həm müvafiq beynəlxalq müqavilələrə, həm də ölkə qanunvericiliyinə tam uyğundur. "Hesab edirəm ki, indiki halda dünya birliyini və beynəlxalq təşkilatları daha çox erməni terrorçu təşkilatı olan ASALA-nın Azərbaycan və türk diplomatlarını kütləvi surətdə qətlə yetirmək barəsində yaydığı bəyanat olmalıdır. Erməni terrorçu təşkilatlarının bu sahədə "zəngin təcrübəsi" də hamıya yaxşı məlumdur" - deyə, Əli Əhmədov qeyd etmişdir.
Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması məsələsinin müzakirəyə çıxarılmasına münasibət bildirən YAP-ın sədr müavini "belə bir addımın atılması, faktik olaraq Minsk qrupunun ölüm hökmü olardı"- deyə bildirmişdir.
Əli Əhmədov: "Mən heç də Minsk qrupunun qayğısına qalmaq fikrində deyiləm. Onsuz da bu qurum 20 ildir fəaliyyətsizdir, lakin bu "fəaliyyətsizlik" ermənilərin xeyrinə işləyir. Düşünmürəm ki, Ermənistan rəhbərliyi daha çox onların marağına uyğun hərəkət edən Minsk qrupunun fəaliyyətinə xitam verəcək addımı atsın. Rusiyanın və Fransanın buna razılıq verəcəyinə inanmaq çətindir" - deyə, fikrini tamamlamışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında