Tamara SİNYAVSKAYA: Zamanın keçməsi Müslümün yoxluğunu mənə unutdura bilməz

Zamanın keçməsi Müslümün yoxluğunu mənə unutdura bilməz. O, evdə də səhnədə olduğu kimi idi.
Bu sözləri jurnalistlərə müsahibəsində Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya demişdir.
T.Sinyavskaya bildirmişdir ki, o, ciddi və məsuliyyətli sənətkar, əsl ziyalı, ləyaqətli insan idi. Müslüm Maqomayev yeni istedadlı gənclər, yaxşı ifaçılar ortaya çıxanda qəlbən sevinir və heç kimi mühakimə etmirdi.
Özünün də müğənni olduğunu qeyd edən Tamara Sinyavskaya ifaçı üçün pərəstişkarların çoxluğunun vacibliyini, onların münasibətinin böyük əhəmiyyət daşıdığını demiş, birgə ömür sürdükləri müddətdə hər ikisində pərəstişkarların münasibətindən doğan qısqanclığın olmadığını diqqətə çatdırmışdır. Vurğulamışdır ki, pərəstişkarlar bir daha ifaçının sənətinin necə, hansı səviyyədə olduğunu təsdiqləyirlər.
T.Sinyavskaya Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu tərəfindən və cari ilin oktyabrında da keçiriləcək ikinci Beynəlxalq müsabiqəsinin böyük sənətkarın 70 illik yubileyinə həsr olunacağını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında