Nərgiz PAŞAYEVA: Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olan hər kəs bilir ki, ondan tələb olunan əsas meyar bilikdir

Həmişə olduğu kimi, bu ilki qəbulda da biz tələbələri yalnız və yalnız bir amil üzrə dəyərləndirmişik və qiymətləndiririk - bilik və ancaq bilik. Bizim universitetin qapıları hər bir bilikli insana, hər bir vətəndaşa açıqdır.
Bu sözləri jurnalistlərə müsahibəsində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva demişdir.
Rektor bildirmişdir ki, hər il olduğu kimi, bu il də bütün imtahanlar ciddi nəzarət altında aparılmışdır. "Buraya qəbul olunan hər bir kəs bilir ki, ondan tələb olunan əsas meyar bilikdir. Mən çox şadam ki, builki qəbulda Azərbaycanın bütün bölgələri təmsil olunmuşdur. Bir çox rayonlardan universitetə ərizələr daxil olmuş və hazırda burada 9 rayondan tələbə təhsil alacaqdır. Bu, böyük nailiyyətdir", - deyə Nərgiz Paşayeva vurğulamışdır.
Qeyd edək ki, yeni tədris ilində filiala 106 tələbə qəbul olunmuşdur. Hazırda universitetin ümumilikdə 411 tələbəsi vardır. Onlardan 388 bakalavr, 23 isə magistratura pilləsində təhsil alır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında