"Güləş yığması böyük bir ailədi və bu, Olimpiadada öz bəhrəsini verdi"

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev mətbuata verdiyi müsahibəsində güləşçilərimizin London Yay Olimpiadasında qazandığı uğurların sirlərini açıqlamışdır. 
- İkisi qızıl olmaqla yeddi mükafat! Belə uğuru gözləyirdiniz?
- Etiraf edim ki, gözləyirdim. Əlbəttə, medalları məhz onları qazananların əldə edəcəyini gözləmirdim. Məsələn, mən Həsən Əliyevdən uğur gözləyirdim, amma Emin Əhmədova o qədər də inamım yox idi. Amma Həsən beşinci, Emin üçüncü oldu. İnanırdım ki, Rövşən Bayramovla Mariya Stadnik yüksək səviyyədə çıxış edəcək. Elə də oldu. Şərif Şərifova inanırdım. O, öz çəkisində liderdir. Toğrul Əsgərov hamını udmuşdu, bircə Kuduxovdan başqa. Olimpiadada qarşılaşdılar, onu da məğlub etdi.
- Yəqin ki, güləşçilər üçün ölkə Prezidenti İlham Əliyev tərəfindən təbrik olunmaları da xoş oldu?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin zəng etməsi bizim hamımız üçün çox xoş oldu. Mənimlə və məşqçilərlə danışdı, uğurlar arzuladı. Xoşdur ki, ölkə Prezidenti bütün idmançıları tanıyır.
- Güləşçilərimizin əsas uğurları Olimpiadanın 15-ci gününə təsadüf etdi. Həmin vaxta qədər isə bir çox uğursuzluqlar olduğundan "qızıl"sız qalacağımız düşünülürdü...
- Mən digər idman növlərindən danışmaq istəmirəm. Yalnız güləşə cavab verə bilərəm. Bizim xüsusi qorxumuz yox idi. Bilirdik ki, uşaqlar xeyli medal qazanacaqlar. Başqa cür ola da bilməzdi. Çünki güləş yığması böyük bir ailədir. Bu da nəticəsini verdi. Məsələn, Olimpiada öncəsi toplanışımızda mən də iştirak etmişdim. Birgə kross qaçırdıq, birgə stol arxasına əyləşirdik. Qalib gələcəyimizə əmin idim.
- Son medalımız sağlıq durumunda problemlər olmasına rəğmən döşək üzərinə çıxan Xetaq Qazyumovdan gəldi...
- Etiraf edim ki, bu məqam mənə çox təsir etdi. O, komanda üçün çox iş görüb. Hamımız Xetaqdan qələbə gözləyirdik. Əfsuslar olsun ki, sağlıq durumunda yaranan problemlər ona daha yaxşı nəticə göstərməyə imkan vermədi.
- Son dövrlər güləş yığmamız həm dünya, həm Avropa çempionatlarında, həm də Olimpiadada kifayət qədər yaxşı nəticələr qazanır...
- Bu, güləşimizin və federasiyanın işinin potensialından xəbər verir. Siz hələ güləşçilərimizin gənclər arasında Sinqapurdakı Olimpiadada qazandığı uğuru qeyd etmədiniz. Bizim uşaqlar orada dörd qızıl medal qazanmışdılar. Ən əsası odur ki, gənc istedadlar yetişir. Onların ən yaxşı təmsilçisi Toğrul Əsgərovdur. Onun cəmi 19 yaşı var. Şadıq ki, onun davamçıları da var. Bakıda keçiriləcək dünya çempionatında yeni adlar da görəcəksiniz.
-Olimpiadadan sonra yığmamızın heyətində dəyişiklik olacaq?
-Prinsipcə, hər olimpiadadan sonra belə dəyişikliklər olur. Məsələn, Pekini götürək. Həmin heyətdən yalnız Bayramov, Qazyumov və Stadnik qalıb. Nəzərə alsaq ki, yeni güləşçilərimiz də gəlir, heyətdə dəyişikliklər mümkündür.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında