Əli HƏSƏNOV: Qəbələ RLS məsələsində hər iki tərəfi qane edən variantlar axtarılır

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

{nl}

- Mətbuatda bəzi hökumətyönlü qəzetlərin bağlanacağı barədə məlumatlar dərc olunub. Bu, nə qədər həqiqətə uyğundur?
- Bunlar hamısı söz-söhbətdir. Ayrı-ayrı adamların fantaziyası və maraqlı dairələrin dezinformasiyasıdır.
- Siz bir müddət əvvəl QHT və mətbuat nümayəndələri ilə görüşlər keçirdiniz. Bu görüşlərdə səsləndirilən təkliflərlə əlaqədar hansı işlər görülür?
- Həmin təkliflər üzərində işlənilir. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bununla bağlı rəyləri öyrənilir.
- Qəzet satışı sahəsində problemlərin hələ də qaldığı deyilir...
- Eyni zamanda, qəzet satışı ilə bağlı da yerlərdəki vəziyyət öyrənilir. Araşdırılır, təhlil olunur. Yəqin ki, sentyabr ayından bu istiqamətdə qəbul olunmuş qərarlar, edilmiş düzəlişlər, həmçinin digər yeniliklər haqqında məlumatlar veriləcək.
- Analoji görüşün müxalifət nümayəndələri ilə də olacağı bildirilirdi. Belə bir görüş nə vaxt keçiriləcək?
- Payız üçün belə bir görüş planlaşdırırıq.
- Qəbələ RLS-lə bağlı "Nezavisimaya qazeta" bəzi maraqlı iddialarla çıxış edib. Bu yazılanlar nə qədər doğrudur və danışıqlarda son durum necədir?
- Qəbələ RLS-lə bağlı danışıqlar gedir. Əlbəttə, bu danışıqlarda Azərbaycan tərəfinin öz maraqları, öz yanaşması, Rusiya nümayəndələrinin öz maraqları, öz yanaşmaları var. Hər halda, biz bu məsələdə maksimum konstruktiv mövqe nümayiş olunacağını, Rusiya və Azərbaycanı təmsil edən insanların ən optimal, hər iki tərəfi qane edəcək qərarlar qəbul edəcəyini gözləyirik. Bu, elə məsələdir ki, güzəştlər yalnız bəlli çərçivədə mümkündür. Ondan kənar hər hansı tərəfdən bu güzəştlərin edilməsi qarşı tərəfin ciddi itkisi ola bilər. Bu məsələdə tam düşünülmüş, hər iki tərəfi qane edən variantlar axtarılır. Hesab edirik ki, belə qərarlar da qəbul olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında