Robert BRADTKE: Qoşunların təmas xəttindən keçmə praktikasını davam etdirmək çox vacibdir

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hələlik planlaşdırılmamışdır. 
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu barədə jurnalistlərə iyulun 10-da məlumat verərək qeyd etmişdir ki, həmsədrlərin regiona səfəri başa çatandan sonra hər iki ölkənin xarici işlər nazirləri ilə təkrar görüş planlaşdırılır.
İ.Popov demişdir ki, regiona səfər dövründə gələcək perspektivlərlə əlaqədar planlar müzakirə ediləcəkdir. Rusiyalı həmsədr demişdir: "Yaxın perspektivdə, ola bilsin ki, yay tətili başa çatandan sonra biz Azərbaycan və Ermənistan XİN başçıları ilə əvvəlcə ayrı-ayrılıqda görüşəcəyik, sonra isə birgə görüş təşkil etməyi planlaşdırırıq. Bu səbəbdən, prezidentlərin görüşü barədə hələ söhbət getmir".
Rusiyalı həmsədr vurğulamışdır ki, Bakıda Prezident İlham Əliyev və Azərbaycanın xarici işlər naziri ilə görüşlərdə qoşunların təmas xəttində baş vermiş son hadisələr müzakirə edilmişdir. O bildirmişdir ki, eyni məsələni Yerevanda da müzakirə etmək niyyətindədir.
Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke isə jurnalistlərə bildirmişdir ki, Azərbaycan Prezidenti ilə görüşü çox konstruktiv olmuşdur. O qeyd etmişdir ki, sabah həmsədrlər Azərbaycan tərəfdən qoşunların təmas xəttini keçəcək və Qarabağa yola düşəcəklər. Bradtke demişdir: "Qoşunların təmas xəttindən keçmə praktikasını davam etdirmək çox vacibdir. Bu, atəşkəs rejimini qoruyub saxlamağın zəruri olduğunu göstərir".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında