Rusiyalı politoloq: "Əsas geosiyasi oyunçular Cənubi Qafqazda böyük müharibənin başlanmasında maraqlı deyillər"

{nl}

"ATƏT-in Minsk Qrupunun 20 il ərzində fəaliyyəti müharibənin yenidən başlamasına imkan verməmək olub"

{nl}

Rusiya Xarici İşlər Nazirliyi Moskva Beynəlxalq Əlaqələr İnstitutu yanında Beynəlxalq Tədqiqat Analitik Mərkəzinin direktoru Andrey Kazantsevin APA -nın Moskva müxbirinə müsahibəsi

{nl}

- Keçən ayın əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının cəbhə xəttində gərginlik yaşanmışdı və bu gərginlik hələ də davam edir. Qafqazda yeni müharibənin başlaması ehtimalı nə qədərdir?

{nl}

{nl}

- İki ölkə sərhədində atəşkəsin pozulması müharibənin başlanması demək deyil. Amma hal-hazırda vəziyyətin daha da şiddətlənməsi açıq müharibəyə səbəb ola bilər. Lakin hələlik beynəlxalq vəziyyət onu göstərir ki, müharibə olmayacaq. Çünki əsas geosiyasi oyunçular Cənubi Qafqazda böyük müharibənin başlanmasında maraqlı deyillər. Yeni konflikt nə Rusiyanın, nə də ABŞ-ın marağında deyil. Çünki ABŞ-ın Əfqanıstanda və digər bölgələrdə problemləri var. Müharibənin başlanması Avropa Birliyinin də maraqlarına ziddir. Böhran dövrünü yaşayan Avropa öz resurslarını bu konfliktə sərf edəcək vəziyyətdə deyil. O cümlədən, bu, qonşuları ilə problemsiz siyasət yürüdən Türkiyənin də marağına cavab vermir. Əgər tərəflərdən biri müharibəyə başlasa, beynəlxalq ictimaiyyət dərhal müdaxilə edəcək.

{nl}

- Azərbaycan-Ermənistan müharibəsi başlayacağı təqdirdə Rusiya özünü necə aparacaq?

{nl}

- Belə vəziyyətdə Rusiya üçün mövqe bildirmək çox çətin olacaq. Çünki Ermənistanla Rusiya arasında çox sıx əməkdaşlıq hökm sürür. Bu, həm siyasi, həm də hərbi sahədə olan əməkdaşlıqdır. Eyni zamanda, Rusiyanın Azərbaycanla da sıx strateji əməkdaşlığı var. Fikrimcə, Rusiya müharibənin başlamaması üçün əlindən gələni edəcək. Əgər tərəflərdən biri müharibəyə başlasa, böyük dövlətlərin liderləri dərhal həm Azərbaycan, həm də Ermənistan dövlət başçısından müharibəni dayandırmağı xahiş edəcəklər.

{nl}

- Ötən ay ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfəri baş tutdu. Azərbaycanla Ermənistan sərhədində gərginliyin yaşanması həmin vaxta təsadüf etdi. Bunu necə şərh edərdiniz?

{nl}

- Bəli, bəzi siyasi ekspertlər bunun təsadüf olmadığını söyləyirlər. Azərbaycan-Ermənistan sərhədində atəşkəsin Qərbin razılığı ilə ciddi şəkildə pozulduğu iddia olunur. Lakin bu, qətiyyən belə deyil. Çünki müharibənin başlanması ABŞ-ın da marağına cavab vermir. ABŞ qoşunları hələ də Əfqanıstandadır. ABŞ qorxur ki, Cənubi Qafqazda münaqişənin yenidən alovlanması onların Əfqanıstanda uğursuzluğa düçar olmasına gətirib çıxara bilər. Yəni, Dağlıq Qarabağda müharibənin başlanması Əfqanıstana yüklərin daşınmasında mühüm rol oynayan şimal marşrutunda problemlər yaradacaq. Belə demək mümkündürsə, Əfqanıstana yüklərin daşınması yolu bağlanacaq.

{nl}

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

{nl}

- ATƏT-in Minsk Qrupunun 20 il ərzində fəaliyyəti ondan ibarət olub ki, münaqişə tərəfləri yeni müharibəyə başlamayıblar. Fikrimcə, bu təşkilatın fəaliyyətinin yeganə nəticəsi hələlik müharibənin başlanmasına şərait yaratmaması və danışıqlar prosesinin davam etdirilməsində münaqişə tərəflərinə yardım etməsidir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında