"Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanan azərbaycanlı şairlərin taleyi ilə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır"

"Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyi ilə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır".

{nl}

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir. O, müvafiq qurumlar tərəfindən İran hökuməti ilə danışıqların davam etdirildiyini bildirmişdir: "İran hökumətinin bu insanları nəyin əsasında həbs etdiyini və onların taleyi ilə bağlı nə düşündüyünü müvafiq qurumlar öyrənir".

{nl}

Xatırladaq ki, İranın bəzi kütləvi informasiya vasitələri bu ölkədə həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin narkotik maddələrin qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildiyini iddia ediblər. Bu barədə İranın "Tabnak" və "Aran" saytları xəbər yaymışlar. Məlumatda bildirilib ki, F.Hüseyn və Ş. Hacızadə şair deyil, Rusiyadan Avropaya narkotik maddələrin daşınması ilə məşğul olan qaçaqmalçılardır: "Onlar İsrailin kəşfiyyat orqanı olan "Mossad"a casusluq etdiklərini etiraf ediblər. F. Hüseyn və Ş. Hacızadəyə qarşı irəli sürülən ittihamlarla bağlı sənədlər rəsmi Bakıya göndərilib".

{nl}

Azərbaycan Xarici İşlər Nazirliyi isə İran mətbuatında gedən bu məlumatları təkzib etmişdir.

{nl}

Adıçəkilən şairlər iki ay əvvəl İranda itkin düşmüşlər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında