Kəmaləddin HEYDƏROV: Azərbaycanda Kür çayının daşması və zəlzələ nəticəsində zərər çəkmiş heç bir vətəndaş dövlət yardımlarından kənarda qalmamışdır

Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkən bütün kəndlərdə təhlillər tam başa çatdırılmışdir, bəzi sakinlər onların evinə təkrar baxış keçirməyi xahiş ediblər və hazırda bununla bağlı yoxlamalar davam etdirilir.

{nl}

APA-nın xəbərinə görə, bunu Qəbələ rayonunda keçirilən "Gənc xilasedici və yanğınsöndürən" adlı I Ümumrespublika yarışının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirmişdir.

{nl}

Onun sözlərinə görə, zəlzələ bölgəsində 2, 3, 4 və 5 otaqlı evlərin inşası üçün layihələr hazırlanaraq tikinti təşkilatlarına təqdim olunmuşdur: "Dünənə olan məlumata görə, artıq məktəblərin və evlərin tikintisi işlərinə başlanmışdır. Bütün evlər və sosial obyektlər deyilən müddətə kimi tam tikilib başa çatdırılacaq".

{nl}

Nazir dünən Daşkəsən və Goranboyda leysan yağışlarından sonra yaranan sel sularının törətdiyi fəsadlara toxunaraq bildirmişdir ki, hazırda FHN-in və həmin rayonların yerli fövqəladə hallar komissiyaları vətəndaşlarla görüşlər keçirir, əhaliyə dəyən ziyanla bağlı bütün müraciətlərə baxılır, araşdırmalar əsasında təhlillər aparılır.

{nl}

K.Heydərov Prezident İlham Əliyevin tapşırığı ilə həm 2010-cu ildə Kür çayı sahilindəki rayonlarda subasma, həm də bu il Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş vətəndaşların heç birinin dövlət yardımlarından kənarda qalmadığını, artıq Goranboy və Daşkəsəndə seldən zərər çəkənlərə ilkin yardımın verildiyini və bu tədbirlərin davam etdiriləcəyini bildirmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında