Valeri TURSUNOV: Regionlararası əməkdaşlıq dövlətlərarası münasibətlərin lokomotividir

Mən bizim ən birinci forumumuzda demişdim ki, məhz regionlararası əməkdaşlıq dövlətlərarası münasibətlərin lokomotivi kimi əhəmiyyətə malikdir. Sadəcə, dövlətlərarası komissiyalarla müqayisədə regionlar bir-biri ilə daha tez dil tapır, əməli işlərə daha tez başlayırlar. 
"Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov Bakıda üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə münasibətini bu cür ifadə etmişdir.
Onun sözlərinə görə, regional səviyyədə əlaqələr daha çevikdir. V.Tursunov demişdir: "Biz əvvəlcə Rusiyanın təxminən 30 nəfərlik kiçik bir nümayəndə heyətindən başlamışdıq. Bugünkü forumda Rusiyadan 157 adam iştirak edir. Tədbirə böyük maraq var və bu maraq hələ artacaqdır. Biz bu forumda ilk dəfə olaraq gənclik problemlərinə toxunmuşuq". O daha sonra bildirmişdir ki, dördüncü regionlararası forumun Volqoqradda keçirilməsi planlaşdırılır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında