Professor Nərgiz PAŞAYEVA: "012- Bakı Public Art Festivalı" çox gözəl layihədir

"012-Bakı Public Art Festivalı", zənnimcə, çox gözəl layihədir. Burada iştirak edən rəssamlar müxtəlif janrlarda yaratdıqları əsərlərini təqdim edirlər.
Bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdim edilməsindən sonra jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, festivalda gənc, yaradıcılığa yenicə başlamış rəssamlarla yanaşı, tanınmış sənətkarlar da iştirak edirlər. Təqdim olunmuş əsərlər Bakının arxifaktlarını üzə çıxarır, yəni hər bir əsərin konsepsiyası şəhərin tarixi ilə bu və ya digər dərəcədə əlaqədardır. Layihədə özlərini tam azad hiss edən rəssamlar duyduqlarını, hiss etdiklərini öz əsərləri vasitəsilə təqdim edirlər. Həmçinin, layihə ilk dəfə olaraq qapalı çərçivədən çıxıb böyük bir kütləyə təqdim olunması baxımından da maraqlıdır. Festival çərçivəsində təqdim edilən əsərlər insanların çox olduqları yerlərdə yerləşdirilir. Nəticədə şəhərimizin sakinləri və qonaqları həmin yerlərdə gəzərkən bu əsərləri seyr edə bilirlər. Şübhəsiz, insanların çox toplaşdıqları yerlərdə incəsənət əsərlərinin olması müsbət haldır.
Professor Nərgiz Paşayeva qeyd etmişdir ki, "YARAT!"ı təşkil edən Aida Mahmudova əsl peşəkar rəssamdır. "Mən insanlarda peşəkarlığı həmişə dəyərləndirirəm. Hesab edirəm ki, müəyyən sənət üzrə mükəmməl təhsili olan peşəkar insan, öz sənətini elə-belə, ötəri, özünü reklam xatirinə seçməmişdir. Bu baxımdan Aida Mahmudova gözəl rəssamlıq təhsili almışdır və artıq onun yaşı əldə etdiyi biliklərin özünü büruzə verməli olduğu bir həddə gəlib çatmışdır. "YARAT!" qeyri-kommersiya təşkilatı peşəkar bir insanın yaratdığı əsl peşəkar təşkilatdır. Ona görə də mən bu təşkilata və onun üzvlərinə uğurlar arzulayıram".

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında