Mübariz QURBANLI: Beynəlxalq təşkilatlar Ermənistana qarşı siyasi sanksiyalar tətbiq etməlidir

Azərbaycanın hakim partiyası beynəlxalq təşkilatları Ermənistana qarşı siyasi sanksiyaları tətbiq etməyə çağırıb.
"Beynəlxalq təşkilatların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən "seçkilər"lə bağlı sərt mövqe ortaya qoyub, siyasi xarakterli sanksiyaların tətbiq edilməsinin zamanı çatıb. Belə olarsa, hesab edirəm ki, gələcəkdə Ermənistan bu cür saxta "seçkilər"in keçirilməsinə yol verməyəcək". Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı demişdir.
Onun sözlərinə görə, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və işğal olunmuş ərazidə hər hansı bir "seçki"nin keçirilməsi beynəlxalq hüquq norma və prinsiplərinə ziddir: "Dünyada mövcud qanun və qaydalar var. Yalnız Azərbaycanın ərazisi deyil, ayrı-ayrı ölkələrdə də işğal olunmuş ərazilər var. BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar və sənədlər var ki, həmin sənədlər işğal olunmuş ərazilərdə "seçki"nin keçirilməsini qəbul etmir".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında