Gərək baş redaktorlar, jurnalistlər yalan, böhtan xarakterli yazılara imkan verməsinlər

"Hakimiyyət məmurların qəzetləri məhkəməyə verməsini dəstəkləmir. Jurnalistlərin həbs olunmasını, qəzetlərin bağlanmasını, cəriməyə məruz qalmasını heç vaxt istəməmişik. Amma gərək baş redaktorlar, jurnalistlər, bütövlükdə mətbuat da bunu istəsin və heç bir fakta əsaslanmayan, yalan, böhtan xarakterli yazılara, belə halların təkrarlanmasına imkan verməsinlər". Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov iyunun 19-da "Media forum" saytına belə deyib.
Əli Həsənov bildirib ki, istər məmur, istər iş adamı, istərsə də digər vətəndaşlar öz şərəf və ləyaqətini, işgüzar nüfuzunu qorumaq hüququna malikdir: "Bu, Konstitusiya ilə təsbit olunmuş hüquqdur və onu vətəndaşın əlindən heç kim ala bilməz. Cənab Prezident İlham Əliyev 2005-ci ildə demişdi ki, mətbuatla mübahisələr, jurnalistlərə qarşı məhkəmə prosesləri və digər məsələlər qəzetlərin bağlanmasına və jurnalistlərin həbsinə səbəb olmamalıdır. 2005-ci ildən faktiki olaraq yazısına görə jurnalistlərin həbsinə və qəzetlərin bağlanmasına moratorium qoyulub. Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmamasına baxmayaraq belə bir moratorium var, indi də qüvvədədir. Amma bu moratorium adi vətəndaşların, məmurların, mətbuatda hüquqları pozulmuş insanların məhkəməyə müraciət etməsinə, qəzetləri, onun redaktorunu, yazarlarını inzibati qaydada cərimələtməsinə və digər inzibati cəzalara cəlb etdirməsinə heç bir maneə törətmir".
Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Azərbaycan qəzetləri müasir dövrdə insan hüquqlarının ali prinsip olduğunu qəbul etməli, bu çərçivədə işləməyi öyrənməlidir, vətəndaşların, məmurların hüquqlarını, işgüzar nüfuzunu, şərəf və ləyaqətini gözləməyi bacarmalıdır.

{nl}

 

{nl}

Rusiya Federasiyasının regionları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir
İyunun 19-da Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Kabarda-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayevin başçılıq etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür.
Görüşdə Rusiya Federasiyasının regionları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri və investisiya qoyuluşu imkanları müzakirə edilmişdir. Nazir Şahin Mustafayev dövlətimizin başçısının Rusiya Federasiyası ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini demişdir. İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, 100-dən çox sazişin imzalandığını, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu qeyd etmişdir.
Hazırda Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq edir. Rusiya Federasiyası Kabarda-Balkar Respublikası nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfəri də ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə xidmət edir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında