Qaytana ESSAMİ: Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi yaddaşımda əsl bayram kimi qalmışdır

Ukraynanın 57-ci "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Qaytana Bakıda olduğu iki həftə müddətində 15-ə yaxın məşqdə iştirak etmiş, 100-dən artıq fərdi müsahibələr və 1 solo konsert vermişdir. O, eyni zamanda, müsabiqə çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir. 
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, müğənni Bakı səhnəsində gərgin fəaliyyətdən sonra həyata keçirməyi planlaşdırdığı iri layihələr ərəfəsində 1 həftəlik istirahət etmək fikrindədir. Xanım müğənni Bakı təəssüratlarından danışarkən demişdir: "Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi yaddaşımda əsl bayram kimi qalmışdır. Bu, fantastika idi, Biz demək olar ki, hər gün 24 saatımızı ona həsr edirdik. Ona görə də bu gərgin və emosional iş qrafikindən sonra 1 həftə dincəlməyə qərar verdik".
Qaytananın prodüseri Eduard Klim isə belə demişdir: "Qaytana məzuniyyətdən qayıtdıqdan sonra növbəti yeni layihənin çəkilişlərinə başlayacaqdır. O, yeni layihəsini Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının qonaqlarına hədiyyə edəcəkdir. Müğənni "Olimpiyski" stadionunun açılışında ifa etdiyi "Ukrayna! Budmo!" mahnısına klip çəkdirəcəkdir. Yeni klipi rejissor Semen Qorov ekranlaşdıracaqdır".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında