Zəlzələ bölgəsində bir neçə məktəbin tikintisinə başlanılmışdır

Zaqatalada baş vermiş zəlzələ ilə əlaqədar yaradılmış komissiya tərəfindən 12 minə yaxın evə baxış keçirilmişdir. 2800 ev qəzalı hesab edildiyi üçün söküləcəkdir. 
Bu sözləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir.
K.Heydərov bildirmişdir ki, 2500-ə qədər evdə bərpa-gücləndirmə işləri aparılacaqdır. Bərpası mümkün olmayanlara qəzalı ev statusu verilərək söküləcək və yerində yenisi tikiləcəkdir.
Nazir qeyd etmişdir ki, Zaqatala, Balakən, Qax və Şəkidə bir neçə məktəb yenidən tikiləcəkdir. Artıq bəzi qəzalı evlər sökülmüş, bir neçə obyektdə tikintiyə başlanılmışdır. Tikinti işlərində yerli qüvvələrdən istifadəyə üstünlük veriləcəkdir. Şirkətlər tikintidə işləmək istəyən yerli sakinlərin siyahısını götürmüş və onlar işə qəbul edilirlər. Bir neçə məktəbin tikintisinə başlanılmışdır. Tikinti növbəti tədris ilinə qədər başa çatdırılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında