Aida Mahmudova: Rəssam Orxan Hüseynovun "Şopfront" layihəsinin məqsədi onun yerləşdirildiyi küçənin estetik gözəlliyini qeyd etməkdir

Rəssam Orxan Hüseynovun "Şopfront" layihəsinin məqsədi onun yerləşdirildiyi küçənin estetik gözəlliyini qeyd etməkdir. Layihə hamının yaxşı tanıdığı Əziz Əliyev küçəsində yerləşir. Bu məkanın maraqlı tarixi vardır.
Bu sözləri "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdimatından əvvəl müsahibəsində "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova demişdir.
A.Mahmudova bildirmişdir ki, Orxan Hüseynovun əsəri festival çərçivəsində reallaşan on üçüncü layihədir. Layihənin yerləşdiyi küçə tarixən müxtəlif adlarla tanınmışdır: Mixaylovskaya, Zevina, İncəsənət, hazırda isə Əziz Əliyev. Ümumiyyətlə, bu ərazi çox gözəldir. Vaxtilə İsrafilov qardaşlarının qab-qacaq və ya Ramazanovların "Nümunəvi sıra" adlanan dükanları, həmçinin qalereya da burada yerləşmişdir.
Rəssam müasir incəsənət əsərlərini bəzi geyim mağazalarının vitrinlərinə yerləşdirməklə sözün əsl mənasında dəb və incəsənətin vəhdətini təcəssüm etdirmişdir. Bu cür vəhdət sözügedən küçənin spesifikası və imicini müəyyənləşdirir. Həmçinin, incəsənət obyektləri qlamur ərazisinə "müdaxilə edir" və nəticədə həm dəb aləmində, həm də ən müasir incəsənət sahəsində tamamilə yeni effekt yaranır.
"YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri demişdir ki, O.Hüseynovun öz əsərlərini mağaza vitrinlərində yerləşdirməsi sərginin açıq səma altında olması təəssüratını yaradır. İnsanlar bu əsərləri rahatlıqla seyr edə bilərlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında